Şahzadə Harry və Meghan Markle - şəkillərdə

Fotonun müəllifi Getty Images

Şahzadə Harry və amerikalı aktrisa Meghan Markle 2018-ci ilin yaz aylarında evlənəcəklər, şahzadə Charles bildirib.

Onların sentyabr ayında 2017 Invictus Oyunlarının açılış mərasimində birgə iştirakından bəri cütlük barədə çox söz-söhbət olub.

Bəs onlar necə tanış olub və onların məhəbbəti necə böyüyüb?

Deyilənlərə görə, xanım Markle-ın yaxın dostu Markus Anderson onu şahzadə ilə 2016-cı ilin iyul ayında tanış edib.

Sentyabr ayında xanım Markle cənab Andersonun yanında əyləşərək, İnvictus Oyunları açılış mərasimini izləyib. Cənab Anderson isə şahzadə Harry ilə birlikdə Soho House adlı klubun üzvüdür.

Fotonun müəllifi Reuters
Image caption Markus Anderson Meghan-la birlikdə şahzadə Harry-ni Toronto-da dəstəkləyib

Keçən ilin oktyabr ayında Daily Express qəzeti onların sevgili olduqları barədə yazan ilk media olub.

Şahzadə Harry bu xəbərləri keçən ilin noyabr ayında təsdiqləmişdi. Lakin eyni bəyanatda, o, medianı sevgilisini təhqir etməkdə günahlandırırdı.

Şahzadə nadir hallarda "uydurma hekayələrlə" bağlı rəsmi tədbir gördüyünü, ancaq medianın artıq "həddini aşdığını" bildirib.

Şahzadənin sözçüsünün yaydığı açıqlamada deyilir ki, məsələ ilə bağlı şərhlərdə irqçilik və seksizm çalarları sezilib.

Fotonun müəllifi PA
Image caption Meghan Markle 2011-ci ildə çəkilmiş Mənfur Rəhbərlər filmində də rol alıb

Xəbərlərdə deyilir ki, şahzadə və xanım Markle ilk dəfə yanvar ayında birlikdə səyahətə gediblər. Deyilənlərə görə, şahzadə sevgilisini Norveçə, şimal qütb parıltısını izləməyə aparıb.

Bundan sonra, şahzadə xanım Markle-ı mart ayında ən yaxın dostlarından birinin toyuna, Yamaykaya aparıb.

May ayında isə xanım Markle şahzadəni polo oynayarkən izləyib.

Fotonun müəllifi Shutterstock/Getty Images
Image caption Xanım Markle sevgilisinə polo oynayarkən tamaşa edib.

Bundan sonra, media xanım Markle-ın may ayında şahzadə Harry-nin qardaşının baldızının toyunda iştirak edib-etməyəcəyini yaxından izləyib.

Xanım Markle toy mərasimində iştirak etməsə də, toydan sonra keçirilən axşam tədbirində qonaq olub.

Fotonun müəllifi Getty Images
Image caption Harry Pippa Middleton-un toyuna tək getsə də, xanım Markle toydan sonra qonaqlığa gəlib

Avqust ayında isə xanım Markle-ın 36-cı ad gününü qeyd etmək üçün şahzadə Harry onu üç həftəlik istirahət üçün Afrikaya aparıb.

Səyahətdən qayıtdıqdan sonra, xanım Markle Vanity Fair jurnalina müsahibə verərək, "Harry üçün dəli-divanə" olduğunu deyib.

Fotonun müəllifi Vanity Fair/ Conde Nast
Image caption The Suits teleserialı ilə məhşurlaşan aktrisa Vanity Fair jurnalına sentyabr ayında verdiyi müsahibədə şahzadə Harry-ni sevdiyini deyib

Sentyabrda dərc olunan jurnalda, o, dünyanın xəbəri olduğundan 6 ay əvvəl şahzadə Harry ilə sevgili olduğunu bildirib.

Aktrisa deyib ki, "bu, bizim vaxtımızdır".

"Biz bir-birimizi sevən və şad olan iki insanıq."

"Bu, bizim üçündür. Bu, sadəcə bizim olduğu üçün çox xüsusidir. Amma biz şadıq. Şəxsən mən yaxşı məhəbbət hekayəsini bəyənirəm."

Sentyabr ayında cütlük ilk dəfə birlikdə ictimai tədbirdə iştirak edərək Kanadada keçirilən İnvictus Oyunlarına qatılıblar. İnvictus Oyunları şahzadənin əngəlli əsgərlər üçün təsis etdiyi idman müsabiqəsidir.

Fotonun müəllifi Getty Images
Image caption İnvictus Oyunları vaxtı şahzadə Harry sevgilisi ilə görünməkdən çəkinməyib

Müsabiqənin bağlanma mərasimini birlikdə izləyərkən xanım Markle-ın anası da mərasimə qatılıb.

Daily Mirror qəzetinin kral ailəsi üzrə müxbiri Victoria Murphy cütlüyün rahatlığının "özlərini dünyaya bir cütlük kimi göstərmək istədiklərini" göstərdiyini deyib.

"Onlar 10 yaş daha gənc olsaydılar "gözləyək görək" demək olardı. Lakin onlar həyatlarından nəyi istədiklərini və həyatlarını kiminlə paylaşacaqlarından əmin olan orta 30-larda olan iki adamdır.

"Görünür ki, ictimaiyyət kral ailəsinin növbəti toyunu çox gözləməli olmayacaq".

Fotonun müəllifi PA
Image caption İnvictus Oyunlarında xanım Markle-ın anası da onunla birlikdə görünüb
Fotonun müəllifi PA
Image caption Daha sonra şahzadə Harry də onlara qoşulub

Əlaqəli mövzular

Bu barədə daha geniş