Səudiyyə şahzadəsi Mitəb "$1 milyardlıq sövdələşmədən sonra" azad buraxılıb

Prince Miteb bin Abdul Aziz, son of Saudi King Abdullah bin Abdul Aziz, 1 March 2007 Fotonun müəllifi Getty Images
Image caption 65 yaşlı şahzadə Mitəb antikorrupsiya kampaniyası gedişində həbs edilən kral ailəsi üzvləri arasında siyasi nüfuzuna görə ən öndə gedən şəxsdir.

Səudiyyə şahzadəsi Mitəb bin Abdullah korrupsiya ittihamına görə, 3 həftə həbsdə saxlandıqdan azad buraxılıb. rəsmilər bildirirb.

Bir vaxtlar taxt-taca namizədlərdən biri sayılan şahzadə Mitəb $1 milyard ödəməyə razılaşandan sonra azadlığa buraxılıb.

O, noyabrın 4-də keçirilmiş antikorrupsiya tədbirləri çərçivəsində saxlanılmış 200-dən çox şahzadələrdən biridir.

Rəsmilərin bildirdiyinə görə, daha üç şahzadə də sövdələşməyə getməyə razılaşıb.

Mərhum kral Abdullahın 65 yaşlı oğlu antikorrupsiya komitəsinin göstərişi ilə həbs edilmiş kral ailəsi üzvləri arasında siyasi nüfuzuna görə ən öndə gedən şəxsdir.

Antikorrupsiya komitəsinə 32 yaşlı vəliəhd Məhəmməd bin Salman rəhbərlik edir.

Şahzadə Mitəb həbsindən bir neçə saat əvvəl 100 min əsgəri olan Milli Qvardiya naziri vəzifəsindən azad edilmişdi.

İstintaqda iştirak edən hökumət rəsmisi Reuters-ə bildirib ki, şahzadə ilə əldə edilmiş sövdələşmə "korrupsiya hallarının etiraf edilməsini nəzərdə tutur".

Rəsmilər Baş prokuror Şeyx Səud əl-Mücəb tərəfindən "sorğu-sual üçün çağırılmış" 208 nəfərin adını açıqlamayıb.

Həmin şəxslərə qarşı irəli sürülmüş ittihamlar və onların vəkillə görüşmək hüququnun təmin edilməsinə dair məlumat açıqlanmayıb.

New York Times nəşrinə cümə axşamı günü verdiyi müsahibədə vəliəhd Məhəmməd bin Salman deyib ki, antikorrupsiya tədbirləri çərçivəsində saxlanılanların 95 faizi Səudiyyə dövlətinə ödəniş etməyə razılıq verib.

Fotonun müəllifi Reuters
Image caption Vəliəhd Məhəmməd bin Salmanın sözlərinə görə, Səudiyyə rəsmiləri $100 milyard toplanacağına ümid edir.

"Təxminən bir faiz təmiz olduqlarını sübut edə bildiyindən, onlara qarşı qaldırılmiş işlər bağlanıb. Dörd faiz günahsız olduğunu və məhkəmə qarşısında durmağa hazır olduğunu bildirib", - vəliəhd deyib.

Vəliəhd bu kampaniya nəticəsində "korrupsiya və bədxərclik yolu" ilə mənimsənilmiş pullardan $100 milyardı qaytarmağın mümkün olduğuna ümid etdiyini bildirib.

Ölkənin neft sərvətlərindən əhalinin bütün təbəqələrinə çatacağına ümid edən sıravi səudiyyəlilərin çoxu antikorrupsiya tədbirləri çərçivəsində atılan addımları alqışlayıb.

Bu barədə daha geniş