Pakistan: Peşavarda təlim mərkəzinə hücum edilib

Pakistani security personnel take position outside an Agriculture Training Institute after an attack by Taliban militants in Peshawar on 1 December 2017. Fotonun müəllifi AFP/Getty Images
Image caption Taliban qrupu hadisəyə görə məsuliyyəti üzərinə götürüb

Pakistanın Peşavar şəhərindəki təlim mərkəzinə hücum nəticəsində bir neçə adamın yaralandığı xəbər verilir.

Cümə günü səhər saatlarında Peşavar Kənd Təsərrüfatı İnstitutuna ən azı iki silahlının burka geyinərək daxil olduğu bildirilir.

Silahlıların hamısı öldürülüb, Pakistan hərbi qüvvələri deyib. Taliban qrupu hadisəyə görə məsuliyyəti üzərinə götürüb.


Həmçinin oxuyun:


Kollecin bayram günləri üçün bağlı olduğu düşünülür.

Kampusun içərisindən azı bir partlama səsinin eşidildiyi bildirilir.

Hücumda səkkiz tələbə və bir ofiş işçisi də həlak olub, polis bildirib.

Fotonun müəllifi Reuters
Image caption Hücum vaxtı kollec kampusunun bayram üçün bağlandığı deyilir

Yaralanan tələbələrdən biri, Ahteşan ul-Haq Reuters-ə deyib ki, kollecdə yaşayanların əksəriyyəti bayram günlərini ailələri ilə qeyd etməyə öz evlərinə getdikləri üçün hücum vaxtı kollecdə yaşayan 400 nəfərdən yalnız 120-si orada olub.

Əfqanıstan sərhədinə yaxın Peşəvar şəhəri, son illərdə Taliban üsyanı dövründə bir sıra zorakılıqlara şahid olub.

2014-cü ildə Taliban qüvvələri Peşavarda ordunun nəzarətində olan məktəbə hücum edib və bu hücum 141 nəfərin ölümü ilə nəticələnib.

Əlaqəli mövzular

Bu barədə daha geniş