Hindistanda avtobus sərnişini pis qoxulu corablarına görə həbs edilib

Representational image Fotonun müəllifi Getty Images
Image caption Hindistanın paytaxtı Delhi-də başqa bir avtobusda bir sərnişin ağız və burnunu tutub

Hindistan polisi deyir ki, pis qoxulu corabları nəticəsində digər sərnişinlərlə mübahisə yarandığına görə pis qoxulu corabların sahibi saxlanıb.

Polis BBC-yə deyib ki, 27 yaşlı Prakaş Kumara "ictimai narahatlıq yaratmaq" şikayəti irəli sürülüb.

Bu hadisə Dehli şəhərinə səyahət edən avtobusda sərnişin olan cənab Kumarın ayaqqabılarını və corablarını soyunduqdan sonra baş verib.



Corabların pis qoxusu o dərəcədə kəskin olub ki, digər sərnişinlərin cənab Kumardan onları bir torbaya qoyub bayıra tullamasını xahiş ediblər.

Lakin iddia edilir ki, o bunu etməkdən imtina edib və bu da qızğın mübahisəyə səbəb olub.

Nəticədə sərnişinlər sürücünü avtobusu Hindistanın şimali Himaçal Pradeş ştatında yerləşən polis məntəqəsində saxlamağa məcbur ediblər. Onlar bu məntəqədə cənab Kumar barədə şikayət ediblər.

Hindustan Times qəzetinə müsahibə verən cənab Kumar iddia edib ki, onun corablarının pis qoxusu olmayıb və digər sərnişinlər onunla "heç bir səbəb olmadan" mübahisə yaradıblar.

Polis cənab Kumarın zaminə buraxıldığını deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş