Bazar günü "super Ay" hadisəsini seyr etmək mümkün olacaq

Самолет на фоне полной луны Fotonun müəllifi AFP

Göydə ulduz izləmək həvəskarlarının bazar günü axşam saatlarında "super Ay" hadisəsini də seyr etmək imkanı olacaq.

Həmin zaman Yer kürəsinin təbii peyki olan Ay adi vaxtlardakından daha iri və daha parlaq görünəcək.

Britaniyada bu hadisə yerli vaxtla 15:47-də, Bakıda isə, müvafiq olaraq, 19:47-də baş verməlidir.

Britaniya Kral Astronomiya Cəmiyyətinin əməkdaşı Robert Massey bildirb ki, super Ayın ən parlaq anı gecəyarıya təsadüf etməlidir.

Super Ay görüntüsünün adi günlərdəki Ay mənzərəsindən ölçü fərqi 7 faiz təşkil edəcək, parıltı fərqi isə bundan ikiqat çox - 15 faizədək artacaq.

Bu zaman Ay ilə Yer kürəsi arasında məsafə adi vaxtlardakı göstərici ilə müqayisədə 26 min kilometr qısalaraq, 358 499 kilometr təşkil edəcək.

Ötən il Ay 1948-ci ildən bəri Yer kürəsinə ən yaxın məsafəyə yaxınlaşmışdı.

Növbəti dəfə belə bir hadisə yalnız 2034-cü ilin noyabrın 25-də təkrar olunacaq.

Robert Massey-in qeyd etdiyi kimi, Ay üfüq xəttinin üzərindən qalxarkən və ya xəttin arxasına batan zaman, "optik effekt hesabına seyrçinin nəzərində daha da iri görünəcək".

Fotonun müəllifi AFP
Image caption "Super Ay" keçən il də Londonda müşahidə olundu.

Yer ətrafında elliptik xətt boyu dövr vurduğundan Ay ilə Yer arasında məsafə daim dəyişir.

Nəticədə, Ayın maksimal dərəcədə Yerə yaxınlaşması anı və dolu Ay anı heç də həmişə üst-üstə düşmür.

Yalnız həmin bu iki an üst-üstə düşəndə Yerdə "super Ay" hadisəsi müşahidə olunur.

Əlaqəli mövzular

Bu barədə daha geniş