Britaniya: Körpüdən aşan furqonu tutub saxlayan supermen-polis

Мартин Уиллис на месте авари Fotonun müəllifi West Yorkshire Fire and Rescue
Image caption Martin Willis təkərdən var gücü ilə yapışaraq maşına körpüdən düşməyə imkan verməyib.

Britaniyada Martin Willis adlı polis əməkdaşı körpüdən aşmaq vəziyyətinə çatmış avtofurqondan yapışaraq hadisənin faciə ilə qurtarmasının qarşısını alıb.

Avtofurqon İngiltərənin Yorkshire qraflığında körpüdən keçən zaman yolda çevrilərək, körpü məhəccərindən ilişib və havada asılı vəziyyətdə qalıb.

Sürücü furqondan çıxa bilmədiyindən maşının içərisində oturaraq yardımın çatmasını gözləyib.

Hadisə yerinə birinci özünü polis əməkdaşı Martin Willis çatdırıb.

Fotonun müəllifi West Yorkshire Fire and Rescue
Image caption Avtofurqon körpü məhəccərindən ilişərək havada asılı vəziyyətdə qalıb.

Əhvalatdan sonra Willis Twitter-də yazlb kı, furqondan yapışaraq var gücü ilə onu tutub saxlayıb ki, maşın əyilib körpüdən düşməsin.

Xilasedicilər qrupu hadisə yerinə yetişində, Martinin sözlərininə görə, onun sevincinin həddi-hüdudu olmayıb.

Martinin həmkarları onun hərəkətindən səcdə gəldiklərini bildirib.

"Sənin supermen plaşın fotoda görünmür. Yəqin, qəhrəmanlıq göstərdiyin zaman düşüb, fikir verməmisən", - Martinin həmkarlarından biri Tüitter-də yarızarafat yazıb.

Fotonun müəllifi West Yorkshire Fire and Rescue
Image caption Xilasedicilər qrupu hadisə yerinə çatanda, Martinin sözlərininə görə, onun sevincinin həddi-hüdüdu olmayıb.

Bu barədə daha geniş