Rusiya 2018-ci il Qış Olimpiadasından uzaqlaşdırıldı

Президент МОК Томас Бах и глава комиссии МОК Сэмуэль Шмид озвучили решение комитета Fotonun müəllifi Reuters
Image caption BOK-nin prezidenti Thomas Bach və komissiyanın rəhbəri Samuel Schmid komitənin qərarını açıqlayır

Rusiyanın 2018-ci ilin Qış Olimpiadasında iştirakına qadağa qoyulub.

Bu barədə Beynəlxalq Olimpiya Komitəsi (BOK) qərar qəbul edib.

BOK dövlət tərəfindən dəstəklənən dopinq sistemindən istifadəyə dair iddiaları əsas tutub.

Ancaq dopinqdən istifadə etmədiyini sübut edən rusiyalı atletlər Cənubi Koreyada keçiriləcək Qış Olimpiadasına neytral bayraq altında qatıla biləcəklər.

BOK 2014-cü ildə Rusiyada keçirilmiş Olimpiada zamanı dövlət tərəfindən dəstəklənən dopinq sistemindən istifadəyə dair iddiaları araşdırıb.

Qərar Rusiyada geniş tənqidə məruz qalıb, bəzi siyasətçilər oyunları boykota çağırıb, bəziləri də "təmiz" atletlərə iştirak imkanının yaradılmasını şans kimi qiymətləndirib.

BOK prezidenti Thomas Bach və onun heyəti bu qərara 16 aylıq araşdırmadan sonra gəlib.

Rusiya Olimpiya Komitəsi oyunlardan kənarlaşdırılır, ancaq BOK imkan yaradır ki, Rusiyanın "təmiz atletləri" "Rusiyalı olimpiya atletləri" adı altında yarışa qatılsınlar.

Rusiyanın bu ittihamları rədd etməsinə baxmayaraq, təhqiqatçılar "anti-dopinq qaydalarının pozulmasına dair sübutlar" toplayıblar.

BOK prezidenti Thomas Bach deyib: "Bu, Olimpiya Oyunlarının və idmanın şəffaflığına görünməmiş hücumdur".

Qış Olimpiya Oyunları gələn il fevralın 9-da Cənubi Koreyada keçiriləcək.

Əlaqəli mövzular

Bu barədə daha geniş