Fələstin: Qüdsün ABŞ tərəfindən tanınması sülh prosesinə "son qoyacaq"

President Donald Trump (2nd L) and First Lady Melania Trump (3rd L) walk with Israeli Prime Minister Benjamin Netanyahu (2nd R), his wife Sara (R) and David Friedman (Center back), the new United States ambassador to Israel, upon their arrival at Ben Gurion International Airport in Lod near Tel Aviv, Israel May 22, 2017 Fotonun müəllifi Reuters
Image caption Prezident Trump və onun yoldaşı Melania-nın İsrailə may ayında səfər ediblər.

Fələstinlilər bildirirlər ki, Qüdsün (Yerusəlimin) İsrailin paytaxtı tanınacağı barədə ABŞ prezidentinin gözlənilən bəyanatı Yaxın Şərqdə sülh prosesinə son qoyacaq.

Lakin İsrail hamını Donald Trump-ın ardınca eyni addımı atmağa səsləyib.

ABŞ prezidenti Qüdsü İsrailin paytaxtı olaraq tanıyacaq, Ağ Evin nümayəndəsi bəyan edib.

Amma rəsmi şəxslər bildiriblər ki, cənab Trump ABŞ səfirliyini Tel-Əvivdən Qüdsə köçürtmək üçün dərhal hərəkət etməyəcək.

Fotonun müəllifi Reuters
Image caption İsrail Qüdsü bölünməz kapital kimi görür; Fələstinlilər isə Şərqi Qüdsü gələcək dövlətin paytaxtı olaraq iddia edirlər

Xəbər cənab Trump-ın çərşənbə günü gözlənilən çıxışından əvvəl yayılıb.

Ərəb liderləri əvvəllər ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürülməsinə qarşı xəbərdarlıq ediblər və onlardan biri bu addımın "müsəlmanlara qarşı hiddətləndirici bir təxribat" olacağını söyləyib.

Fotonun müəllifi rrodrickbeiler
Image caption Heç bir ölkə İsrailin Qüds üzərində hökmranlığını tanımayıb

İsraillilər və Fələstinlilər üçün müqəddəs yer olan Qüdsün statusu - son dərəcə mübahisəlidir.

İsrail hər zaman Qüdsü paytaxtı hesab edib, fələstinlilər isə Şərqi Qüdsün gələcək Fələstin dövlətinin paytaxtı olduğunu iddia ediblər.

ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanısa, o, 1948-ci ildə dövlətin qurulduğu gündən bu yana ilk ölkəyə çevriləcək.

Fotonun müəllifi AFP
Image caption Fələstinli nümayişçilər çərşənbə axşamı Donald Trumpun şəkillərini yandırıblar

Əlaqəli mövzular

Bu barədə daha geniş