Donald Trump Qüdsü İsrailin paytaxtı kimi tanıyıb

President Donald Trump (2nd L) and First Lady Melania Trump (3rd L) walk with Israeli Prime Minister Benjamin Netanyahu (2nd R), his wife Sara (R) and David Friedman (Center back), the new United States ambassador to Israel, upon their arrival at Ben Gurion International Airport in Lod near Tel Aviv, Israel May 22, 2017 Fotonun müəllifi Reuters
Image caption Prezident Trump və onun yoldaşı Melania-nın İsrailə may ayında səfər ediblər.

ABŞ prezident Donald Trump Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanıyıb. O, dekabrın 6-da bunu elan edib.

Trump bunu Yaxın Şərqdə sülh proseslərinə təkan vermək üçün "uzun zaman gecikmiş addım" kimi təsvir edib.

Qədim Qüds şəhərinin taleyi İsrail və Fələstin arasında mübahisəli məsələlərdən biridir.

İsrail Donald Trump-ın qərarını "tarixi" adlandırıb, amma beynəlxalq aləmdə bu qərar kəskin reaksiyalar doğurub.

Donald Trump deyib ki, ABŞ tərəflər razılaşarsa, uzun müddətdir davam edən münaqişənin çözülməsi üçün "iki dövlət həllini" hələ də dəstəkləyir.

Fotonun müəllifi Reuters
Image caption İsrail Donald Trump-ın qərarını "tarixi" adlandırıb, amma beynəlxalq aləmdə bu qərar kəskin reaksiyalar doğurub

Fələstin lideri Mahmoud Abbas Trump-ın qərarını "acınacaqlı" adlandıraraq, ABŞ-ın artıq sülh vasitəçisi ola bilməyəcəyini deyib.

BMT-nin Təhlükəsizlik Şurasının 15 üzvündən 8-i ABŞ-ın qərarını müzakirə etmək üçün həftə sonu təcili toplantı keçirməyə çağırıb.

Səudiyyə Ərəbistanı ABŞ-ın Qüdsi İsrail paytaxtı kimi tanımasını qınayıb.

Körfəz krallığı yaydığı bəyanatda Trump-ın qərarını "ədalətsiz və məsulliyyətsiz" adlandırıb.

Ancaq İsrail baş naziri Benjamin Netanyahu bunu "tarixi gün" adlandırıb.

Donald Trump bildirib ki, ABŞ Dövlət Departamentinə ABŞ səfirliyini Tel-Əvivdən Qüdsə köçürməyə göstəriş verib.

O, çıxışında prezident seçkisi qabağı belə bir vədinin olduğunu xatırladıb və indi bu vədini yerinə yetirdiyini deyib.

Bu barədə daha geniş