13 yaşından kiçik uşaqlar üçün Facebook

Children can do video chats with friends and approved adults Fotonun müəllifi Facebook
Image caption Uşaqlar dostları və təsdiqlənmiş böyüklərlə canlı video söhbəti edə bilərlər

Uşaqlar neçə yaşından etibarən sosial media hesabına sahib olmalıdırlar?

Əslində, Facebook sadəcə 13 yaş və ondan yuxarı yaşda olanların üzvlüyünə icazə verir.

Ancaq bunun qarşısını almaq yolları təsirli deyil və 20 milyondan çox 13 yaşdan kiçik uşağın Facebook hesabı olduğu ehtimal olunur.

Facebook da bunun qarşılığında 13 yaşdan kiçik uşaqlara qarşı ilk tətbiqini təqdim edib. Tətbiqin istifadə olunması üçün ana və atanın təsdiqi lazımdır.

Şirkət bu tətbiqdən əldə olunan məlumatlardan reklam üçün istifadə olunmayacağına dair söz verib.

Messenger Kids Facebook-un ismarıc tətbiqinin daha sadə və bağlı bir versiyasıdır. Messenger Kids-in məhsul müdiri Loren Cheng deyir ki, "Analar və ataların uşaqların planşet və smartfondan istifadə etməsinə icazə vermə faizi gedərək artır".

"Ancaq eyni zamanda hansı tətbiqlərin onlara uyğun olması mövzusunda qayğıları var. Apardığımlız araşdırmalar, valideynlərlə görüşlərimiz və mütəxəssislərin istiqamətləndirməsi nəticəsində belə bir tətbiqi inkişaf etdirdik", o deyib.

Təsdiq edilən dostlar

Messenger Kids tətbiqində iki uşağın bir biriylə dost olması üçün hər iki uşağın ana və atasının təsdiqi lazımdır. Bu təsdiqdən sonra iki dost bir-biriylə canlı video söhbət edə bilər, şəkil və ismarıc göndərə bilərlər.

Fotonun müəllifi Facebook
Image caption Ünsiyyətin etibarlı olduğunu və təsdiqini təmin etmək üçün valideynlərin nəzarəti tətbiq edilir.

Bundan başqa uşaqların özlərini ifadə edə bilmələri üçün xüsusi yaradılmış bir GİF, etiket, maska kitabxanası olacaq.

Təsqdiqlənən böyüklər də uşaqlarla ünsiyyət qura biləcəklər. Lakin böyüklər özlərinə gələn ismarıcı Facebook Messenger tətbiqi vasitəsilə alacaqlar.

Təbii ki, Messenger Kids məlumat da toplayacaq. Uşağın adı, ismarıcların məzmunu və tətbiqin necə istifadə edilməsinə dair hesabatlar qeyd ediləcək.

Facebook bu məlumatları, ABŞ-dakı Uşaqların İnternet üzərindəki gizlilik qanununa uyğun hərəkət edən üçüncü tərəflə paylaşa biləcək.

Fotonun müəllifi Facebook

Facebook bu məlumatların heç bir şəkildə böyüklər üçün Facebook-u "gücləndirmək" üçün istifadə edilməyəcəyinə dair söz verib.

Facebook tətbiqin qeydə alınan uşaqların yaşını avtomatik olaraq bilməyəcəyini və yetkinlik yaşa çatdıqda normal Facebook-a keçmələrinin istənilməyəcəyini bildirib.

Yetkin yaşına çatmış şəxs Facebook-a keçmək istərsə, bu, yeni bir hesab olacaq və Messenger Kids-dəki məlumatlar bura köcürülməyəcək. Messenger Kids, hələki ABŞ-da, Apple-in İOS əməliyyat sistemində olacaq.

Əlaqəli mövzular