450 000 000-a satılan əsəri "ərəb şahzadəsi alıb" və Əbu Dabi müzeyinə gedir

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Bu, tarixdə bu qiymətə satılan ilk əsərdir və Christie's auksion otağında gurultulu alqış və həyəcanlı anların müşayiətilə satılıb.

Müəllifi Leonardo da Vinci olduğu güman edilən incəsənət əsəri Louvre Abu Dhabi muzeyinə gətirilir, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtındakı muzey bildirib.

Yenicə fəaliyyətə başlayan Louvre Abu Dhabi muzeyi 500 yaşı olan rəsmin bu ay keçirilmiş hərracdan alınıb-alınmaması barədə məlumatı dəqiqləşdirməyib.

Media incəsənət əsərinin Səudiyyə şahzadəsi tərəfindən alındığını xəbər verir.

Noyabr ayında Salvator Mundi (Dünyanın xilaskarı) adlanan iş - New York hərracından 450 milyon dollara (772 milyon AZN ) satılıb. Bu, indiyədək hərraclarda incəsənət əsərinə ödənən ən böyük məbləğdir.

20 dəqiqə ərzində davam edən hərracda telefonla qoşulan naməlum şəxs iştirak edib.

The New York Times qəzeti nəzərdən keçirdiyi sənədlərə əsasən bildirir ki, rəsmi alan səudiyyəli şahzadə Bader bin Abdullah bin Məhəmməd bin Farhan Əl-Səud imiş.

Leonardo da Vinci 1519-üc ildə vəfat edib. Hazırda ona məxsus olan 20-dək iş mövcuddur.

Güman edilir ki, Vinci-nin fərdi kolleksiyalarda qalan yeganə işi - Salvator Mundi 1505-ci ildən sonra yaradılıb.

BƏƏ paytaxtında yerləşən Louvre Abu Dhabi müzeyi bu ayın əvvəlində fəaliyyətə başlayıb.

Son 10 il ərzində onun inşa işləri 1 mlrd 350 mln dollara başa gəlib.

Muzey 600 incəsənət əsərinə malikdir və daha 300 əsəri Fransadan icarəyə alır.

Muzey "Louvre" brendinin istifadəsi, idarəçiliklə məsləhət və rəsmlərin icarəsi üçün Parisə yüz milyonlarla dollar həcmində ödənişlər edir.

Əlaqəli mövzular

Bu barədə daha geniş