Türkiyə: mobil telefonlara görə az danışılan "quş dili"

Kuşköy sakinləri Fotonun müəllifi TURKISH MINISTRY OF CULTURE AND TOURISM
Image caption Kuşköy sakinləri bu dilin son danışanlarıdırlar

BMT-nin mədəniyyət agentliyi olan UNESCO, Türkiyənin şimalında yaşayan Qara Dəniz kənd sakinlərinin danışdığı "quş dili"ni təxirəsalınmaz müdafiəyə ehtiyac duyan dünya irsinə daxil edib.

Giresun vilayətinin Çanakçı rayonunda təxminən 10 min insan bu dildə danışa bilir.

Sıldırım dağ relyefi üzərində yaşayan bu insanlar uzun məsafələrdə ünsiyyət qurmaq üçün yüksək inkişaf etmiş fit sistemini qurublar, UNESCO-nun qərar barədə press-relizində deyilir.

UNESCO bildirib ki, bu dilin məhv olmasının əsas səbəbləri arasında mobil telefonlardan geniş istifadəyə zaman ayrılmasıdır.

Türkiyənin mədəniyyət naziri Numan Kurtulmuş bu addımı alqışlayıb və Twitter-də "bu mədəniyyət yaşadan Qara Dəniz sahili sakinlərinə" təbriklərini paylaşıb.

"Quş kənd" kimi tərcümə edilən Kuşköydə bu dil hələ də aktiv istifadə olunur, amma 50 il öncə bu dil Qara Dəniz sahili digər ərazilərdə - Trabzon, Rize, Ordu, Artvin və Bayburtda da məşhur idi.

Fotonun müəllifi TURKISH MINISTRY OF CULTURE AND TOURISM
Image caption Kuşköy-də quş dili ibtidai sinif səviyyəsində tədris olunur

Hazırda bu yerlərdə "bir neçə sözlə danışan çobanlar" quş dilindən istifadə edir, Hurriyet qəzeti yazır.

Kuşköy bu dili aktiv saxlamaq üçün hər il Quş Dili Festivalı keçirir və Quş Dili Mədəniyyət Assosiasiyasının rəhbəri Şərəf Kocek deyir ki, yerli əhali bu xəbəri "sevinclə, arzuları yerinə yetmiş kimi" qarşılayıb, Milliyyət qəzeti xəbər verir.

2014-ci ildən etibarən quş dili kənddə ibtidai sinif səviyyəsində də tədris olunur, Hürriyet bildirib.

Lakin UNESCO xəbərdarlıq edir ki, bütün dünyada dağlıq və meşəlik sahələrdə danışılan onlarla digər fit dilləri kimi Kuşköy-ün quş dilini də "zəruri mühafizə tədbirləri görülməzsə, qeyri-müəyyən gələcək gözləyir".

Əlaqəli mövzular

Bu barədə daha geniş