Netanyahu Aİ-dən Qüds məsələsində dəstək gözləyir

Benjamin Netanyahu shakes hands with EU foreign policy chief Federica Mogherini Fotonun müəllifi AFP
Image caption İsrailin Baş naziri son 20 ildə ilk dəfə olaraq Brüsselə səfərə gəlib.

İsrailin Baş naziri Benjamin Netanyahu ABŞ-ın Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanımasından sonra digər ölkələrin də eyni addım atacağına ümudvar olduğunu bildirib.

İsrailin Baş naziri son 20 ildə ilk dəfə olaraq Brüsselə səfərə gəlib.

Aİ-nin Xarici Siyasət rəhbəri Federica Mogherini isə bildirb ki, Avropa İttifaqının bu məsələyə dair mövqeyi dəyişməyib.

Donald Trump-ın hərəkəti İsrail ilə Fələstin arasında olduqca həssas olan məsələdə ABŞ-ı təcrid vəziyyətinə salıb.

Brüsseldə Netanyahu ABŞ-ın addımını bir daha alqışlayaraq deyib ki, Yerusəlim 3000 il ərzində yəhudi xalqının paytaxtı olub və Donald Trump sadəcə "faktları ortaya qoyub".

"Ümid edirəm ki, Avropa ölkələrinin hamısı, ya əksəriyyəti Yerusəlimi İsrailin paytaxtı kimi tanıyacaq və təhlükəsizlik, rifah və sülh üçün bizimlə yaxından əməkdaşlıq edəcək" - o, əlavə edib.

Prezident Trump eləcə də bildirib ki, o, Dövlət Departamentinə ABŞ səfirliyini Tel-Əvivdən Yerusəlimə köçürmək göstərişi verib.

Lakin Mogherini deyib ki, Aİ Qüdslə bağlı "beynəlxalq konsensunsa" sadiq qamaqda davam edəcək.

"Biz hesab edirk ki, İsrail ilə Fələstin arasında münaqişənin yeganə realistik həlli Yerusəlimin iki dövlətin paytaxtı olması prinsipinə söykənir", - Mogherini deyib.

O, eyni zamanda, "dünya boyu yəhudilərə edilən hücumları" pisləyib.

Brüsseldən əvvəl Netanyahu Parisdə Fransa prezidenti ilə görüşüb.

Prezident Macron Baş naziri məskənlər tikintisini dondurmağa və fələstinlilərlə yenidən əməkdaşlıq etməyə çağırıb.

Bu barədə daha geniş