Avstraliya: 150 illik yubiley keçirilməli idi, lakin məlum olub ki, şəhərin artıq 152 yaşı var

Queensland Fotonun müəllifi Murweh Shire Council
Image caption Yerli hakimiyyət alternativ tədbirlər barədə düşünür

Avstraliyadakı şəhərin 150 illik yubileyini qeyd etmək planları gözlənilmədən aşkar olunmuş səhvə görə pozulub.

Yerli rəsmilərin müəyyən etdiyinə görə, yubileyin keçirilməsi artıq 3 ildir ki, yubanıb.

Queensland ştatında yerləşən Charleville şəhəri gələn il 150 illiyini qeyd etməyi planlaşdırmışdı.

Lakin arxiv sənədlərdən məlum olub ki, şəhərin rəsmi təsis edilməsi tarixi 1865-ci ilə aiddir.

Şəhər meri Annie Liston bu səbəbdən məyus olduğunu bildirib.

"Biz xeyli xərc qoymuşuq bu işə, indi də məlum olub ki, hədər yerə. Bu, bizim hamımız üçün böyük bir şokdur", - o, BBC-ə bildirib.

O deyib ki, bundan əvvəl tarixçilər ziddiyyətli rəqəmlər göstərmişdi, arxiv sənədlərin bir hissəsi isə daşqın zamanı itmişdi.

3300 sakini olduğu şəhər gələn il üçün alternativ planları nəzərdən keçirir.

"Gələn il üçün müəyyən tədbirlərə hazırlıq davam edir - əməkdaşlar tədbirlərin hansı formatda təşkil ediləcəyini nəzərdən keçirir, " - şəhər meri qeyd edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş