New York-da partlayış: şübhəli yaralıdır

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Hadisə bazar ertəsi insanların işə getdiyi zaman baş verib

Amerikanın ən böyük və ən gediş-gəlişli avtobus terminalında baş vermiş partlayışdan sonra bir nəfər saxlanılıb, New York Şəhər Polis deyir.

"Terrorçular qalib gəlməyəcək. Biz New Yorklularıq", şəhər meri Bill de Blasio bildirib.

Rəsmilər bildirir ki, şübhəli 27 yaşlı Akayed Ullah bu səhər pik saatlarda bədəninə bağladığı "zəif partlayıcı cihazın" partlamasından sonra yaralanıb.

Partlayış məşhur Times meydanının yaxınlığında yerləşən Limanının terminalının yeraltı keçidində baş verib.

Hadisə nəticəsində üç nəfərin yüngül xəsarət aldığı deyilir.

Mer De Blasio qeyd edib ki, şübhəlinin yalnız hərəkət etdiyi güman edilir.

Fotonun müəllifi Reuters

ABŞ mediası anonim bir rəsmiyə istinadən yazır ki, bir kişi bu səhər pik saatlarda bədəninə bağladığı əldəqayırma bombanı partladıb.

Sosial mediada yayılan bir fotoda əyin-başı cırıq- cırıq olan və yuxarı bədən orqanları zədələnmiş bir kişi təsvir olunur. Həmin kişinin şübhəli olduğu iddia edilir.

Ağ Evin mətbuat katibi Sarah Sanders bildirib ki, Prezident Donald Trump hadisə ilə bağlı məlumatlandırılıb.

Bu liman ildə 65 milyondan çox insana xidmət edir.

Əlaqəli mövzular