Yaxın Şərq xalqları Türkiyənin nüfuzunun artdığını hesab edirlər - araşdırma

Türk əskəri Fotonun müəllifi AFP
Image caption Türkiyə, Suriyadakı müharibədən qaçan 3 milyona yaxın qaçqını qəbul edib.

ABŞ-da mənzillənən Pew Research Center mərkəzinin son araşdırmasına əsasən Türkiyə Yaxın Şərq bölgəsində nüfuzu ən çox artan ölkədir.

Onunla yanaşı, ABŞ və Rusiyanın da bölgədə nüfuzu artıb.

Araşdırmada həmçinin bölgədə liderlərin rolu da dəyərləndirilir.

"Ümumiyyətlə bölgədəki siyasi liderlərə münasibət mənfidir. Türkiyə lideri Recep Tayyip Erdoğan isə istisna olaraq öndə gəlir".

Rəy sorğusunda Erdoğana ən çox rəğbət bəsləyən ölkə Livandır.

Fotonun müəllifi AFP

Burada onu 66 faiz dəstəkləyir. Onun ardınca Tunis gəlir (59 faiz). Türkiyə prezidentinə ən aşağı səs isə (15 faiz) İsraildə qeydə alınıb.

Sorğuya qatılanlar üçün ən aşağı nüfuza malik İsrailin baş naziri Binyamin Netanyahudur. Ona 7 faiz səs verib.

Onunla siyahının aşağı sətirlərini Suriya, İran və Misir prezidentləri bölüşür.

Araşdırmaya qatılan respondentlərin əksəriyyətinin fikrinə əsasən, son 10 ildə ən çox nüfuz qazanan ölkələr Türkiyə, Rusiya və ABŞ-dır.

53 faiz İranın mühüm rolunu qeyd edib. Lakin İran və Səudiyyə Ərəbistanının 10 il bundan əvvəlki dövrə nisbətdə daha əhəmiyyətli rola sahib olduğunu deyənlərin sayı aşağıdır.

Bu barədə daha geniş