YouTube-da bir ilə $11 milyon qazanmış 6 yaşlı uşaq

Ryan
Image caption Ryan adlı uşağın əyləncəsinə onun yaşıdları, bank hesabına isə böyüklər həsəd apara bilər (Foto:Ryan Toys Review)

Ryan adlı uşağın əyləncəsinə onun yaşıdları, bank hesabına isə böyüklər həsəd apara bilər.

Amerikalı Ryan-ın YouTube-da hər həftə yerləşdirilən videoları 2017-ci ildə təxminlərə görə $11 milyon qazanc gətirib.

Həmin videolarda o, qablaşdırılmış oyuncaqlarını qutulardan necə çıxardığını və onlarla oynadığını nümayiş etdirir.

Ryan Toys Review adlı YouTube kanalının ulduzu olan Ryan Forbesjurnalının bildirdiyinə görə, dünyada YouTube-dan ən böyük qazanc əldə edənlərin siyahısında 8-ci yerdədir.

2015-ci ilin mart ayında ilk videosunu sosial media saytına yüklədiyi vaxtdan indiyədək Ryan-ın videolarına ümumilikdə 17 milyard dəfə baxılıb.

Image caption 2016-cı ilin iyun ayı ilə 2017-ci ilin iyun ayı arasında Ryan-ın kanalına təxminən 8 milyard istifadəçi baxıb.

İnternetdəki populyarlığına baxmayaraq Ryanın kimliyi barədə məlumat məhduddur, onun soyadı məlum deyil.

Kimliyini bildirməyən anasının sözlərinə görə, ötən ilin yanvar ayında uşağın kanalına abunə olanların sayı 1 milyona çatıb.

Hazırda isə onların sayı 10 milyonu keçib.

Tənqidçilər hesab edir ki, valideynləri uşağı istismar edərək biznes qurublar.

Lakin uşağın anası bildirb ki, onlar yalnız çəkilmiş videoları redaktə edirlər.

Uşağın anası eləcə də qeyd edib ki, oyuncaqların əksəriyyəti videoya çəkildikdən sonra xeyriyyəçilik təşkilatlarına verilir.

Fotonun müəllifi Getty Images
Image caption Oyuncaqların əksəriyyəti videoya çəkildikdən sonra xeyriyyəçilik təşkilatlarına verilir.

Əlaqəli mövzular

Bu barədə daha geniş