Çin: 100 kilometr yol və saxta "rəqs edən" kəpənəklər sərgisi

Photo taken by visitors in a butterfly exhibition held in Guanxi, China, 10 December 2017 Fotonun müəllifi Beijing News

Ötən həftə Çində "rəqs edən kəpənəklər" sərgisinə baxmağa gəlmiş minlərlə seyrçi tamaşanın saxta olduğunu anladıqdan sonra hadisə yerini məyusolmuş halda tərk etməli olub.

Vəd edilmiş kəpənək tamaşasına gələnlərə gerçək canlı kəpənəklər əvəzinə plastikdən hazırlanmış və çubuqlara bərkidilmiş kəpənək müqəvvaları nümayiş etdirilib.



Çinin xəbər saytı Global Times-ın bildirdiyinə görə, "Dinozavr və Kəpənək" adlı sərgi Quanqşi-Juanq muxtar vilayətinin Şimali Yubey Dinozavr və Kəpənək parkında keçirilib.

Park bundan əvvəl yaydığı reklamlarda bildirmişdi ki, dünyanın bütün güşələrindən gətirilmiş on minlərlə kəpənək sərgiyə gələn seyrçilərin barmaqları və çiyinlərinə qona bilər.

Qəzəbli seyrçilər sərgidə çəkdikləri foto və videoları ölkənin sosial media saytlarında paylaşıblar.

Belə videolardan birinə Miaopai video paylaşması platformasında son bir neçə gün ərzində 3 milyondan çox dəfə baxılıb və 3 mindən artıq şərh yazılıb.

Fotonun müəllifi Beijing News

Turistlərdən biri Guangxi News nəşrinə bildirb ki, o, canlı kəpənək sərgisinə baxmaq arzusuna çatmaq üçün 100 kilometrlik yol keçib, lakin sərgidə özünün "aldandığını" başa düşüb.

Sərgini təşkil edənYulin Beishang Exhibition Service şirkəti öz hərəkətinə bəraət qazandırmağa çalışıb.

"Sərgidə plastik kəpənək niyə də nümayiş etdirilməsin?", - şirkət əməkdaşı Guangxi News nəşrinə bildirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş