Çin: Çingiz Xanın portretini tapdalayan şəxsə 1 il həbs cəzası

Circa 1200, Mongol conqueror Genghis Khan (1162 - 1227), the son of a Mongol chief. Fotonun müəllifi Hulton Archive / Getty Images
Image caption Çingiz Xan etnik monqolların böyük ehtiramla xatırladıqları tarixi bir şəxsiyyətdir.

Çin sakini Monqol hökmdarı Çingiz Xanın portretini bilərəkdən tapdaladığına görə millətlərarası düşmənçiliyi qızışdırmaqda təqsirli bilinib və ona məhkəmənin qərarı ilə 1 il həbs cəzası kəsilib.

Çinin Daxili Monqolustan vilayətinin məhkəməsi bildirib ki, Luo soyadlı vətəndaş may ayında Çingiz Xanın portretini tapdalayıb və öz hərəkətlərini lentə alıb.

Xəbərlərə görə, 19 yaşlı məhkum çəkdiyi videonu eləcə də internetdə paylaşıb, nəticədə, həmin video ictimaiyyətin etirazına səbəb olub.

Çingiz Xan etnik monqolların böyük ehtiramla xatırladıqları tarixi bir şəxsiyyətdir.

Xinhua dövlət agentliyinin məlumatına əsasən, Luo millətlərarası düşmənçiliyin qızışdırılması və milli mənsubiyyətə görə diskriminasiya hərəkətində təqsirli bilinib.

Məhkəmənin iclası Daxili Monqolustan muxtar vilayətinin Ordos şəhərində keçirilib.

Luo-nun videosu İnternetdə yayılandan sonra rəsmilər həmin videonu internetdən yığışdırıblar.

Luo ictimaiyyətin hisslərinə toxunduğuna görə üzr istəyib.

Çingiz Xan 1206-cu ildən 1227-ci ilədək monqol hökmdarı olaraq 13-cü əsrdə Asiyada nəhəng imperiya qurmuşdu.

Bu barədə daha geniş