Rusiya sualtı rabitə və İnternet xətlərinə "yeni təhlükədirmi"?

Underwater cable Fotonun müəllifi Alamy

Böyük Britaniyanın ən yüksək rütbəli hərbi zabiti dənizin dibi ilə gedən rabitə və internet kabellərinə Rusiya tərəfdən yeni təhlükə ola biləcəyi barədə xəbərdarlıq edib.

Hərbi Hava Qüvvələri üzrə müdafiə qərargahının rəisi, lord Stuart Peach bildirib ki, Britaniya və NATO kommunikasiya xətlərinin qorunmasını prioritetləşdirməlidir.

O bildirib ki, əgər xətlər kəsilsə və zədələnsə, bu, iqtisadiyyata "dərhal və fəlakətli şəkildə" təsir edəcək.

Dənizin dibi ilə çarpaz gedən kabellər ölkələri və qitələri birləşdirir.

Policy Exchange beyin mərkəzinin son hesabatına görə, dünyanın sualtı şəbəkəsini təqribən 213 müstəqil kabel sistemləri və 877,121 km-lik fiberoptik xətlər təşkil edir,

Image caption Mənbə: Telegeography

Rəsmi bildirib ki, bu xətlər hər hansı bir dövlətə aid olmadığı üçün beynəlxalq hüquqda onların güclü mühafizəsi nəzərdə tutulmayıb.

Hərçənd ki, qlobal rabitənin 97% -i və gündəlik maliyyə köçürülmələrinin 10 trilyon dolları okeanların altındakı kabellər vasitəsilə ötürülür.

O bildirib ki, NATO "Rusiyanın hərbi dəniz qüvvələrini, həm nüvə, həm də adi sualtı qayıq və gəmilərini modernləşdirməsi ilə bağlı təhlükəyə cavab" olaraq kabellərin qorunmasını prioritet elan etməlidir.

Təhlil

Fotonun müəllifi MOD
Image caption Britaniyaya məxsus hərbi təyyarə Rusiya gəmisini dövlət sularından mühafizə edir

Jonathan Beale, BBC-nin müdafiə müxbiri

Rusiyanın sualtı kommunikasiya xətlərini kəsməsi, zədələməsi və ya "oğurlaması"na dair narahatlıqlar artmaqdadır.

Müdafiə və kəşfiyyat rəisləri Rusiyanın nəinki sualtı fəaliyyətini artırmasından, eləcə də onun qeyri-ənənəvi asimmetrik müharibəyə hazır olduğundan ehtiyat edirlər.

Rusiyanın Şimali Atlantikada xüsusilə, GİUK-də (Qrenlandiya, İslandiya və Böyük Britaniya) sualtı fəaliyyəti xeyli artırdığı müşahidə olunur.

Britaniyanın, şübhəsiz ki, daimi müşahidə üçün kifayət qədər gəmi, sualtı qayıq və təyyarəsi yoxdur.

Böyük Britaniya yalnız növbəti onillikdə yeni dəniz patrulu təyyarələri alacaq, lakin indi sualtı qayıqları izləmək üçün NATO-nun təyyarələrinin köməyinə güvənməlidir.

Fotonun müəllifi Science Photo Library
Image caption Su altında 877,121 kilometrlik fiberoptik kabel var. Bu, Yer üzünü 22 dəfə tamamilə örtməyə kifayətdir.

Hərbçilər sualtı kommunikasiyaya təhlükə ola biləcək ölkələr arasında təkcə Rusiyanın deyil, həmçinin Çin və İranın da adını çəkirlər.

ABŞ-ın sabiq hərbçisi admiral James Stavridis ehtiyat tədbirləri sırasında "qara kabellərin" yaradılmasına və NATO-nun qlobal sualtı kabelləri qorumağa hazır olmasına çağırıb.

Bu sözlər, ötən il bir gəminin Britaniya ilə Normand adalarını birləşdirən üç ədəd İnternet kabelini kəsməsindən sonra baş verib, nəticədə adalarda İnternet və telefon rabitəsi problemi yaranmışdı.

Fotonun müəllifi Getty Images
Image caption İlk transatlantik kabeli 1858-ci ildə çəkilib

İnternet XXI əsrdə həyatın hərəkətverici yeniliyi olsa da, dünya 160 il əvvəldən bir-birinə "qoşulmağa" başlayıb.

1830-cu illərdə ilk teleqraf siqnalı veriləndən "sualtı" kabel çəkilişi başlanıb. 1850-ci illərdə Britaniya və Fransa arasında artıq kabel əlaqəsi var idi.

Bu barədə daha geniş