"Qüllənin gözü" və XXI-ci əsrin qəbiristanlığı: Art of Building müsabiqəsinin mükafatçıları

Memarlıq fotoqrafiyası üzrə Art of Building Beynəlxalq müsabiqəsiтшт 12 qalibinin adları açıqlanıb. BBC qəlibəyə layiq görülmüş işləri dərc edir.

Снимок "Глаз башни" Fotonun müəllifi MEHMET YASA
Image caption "Qüllə gözü" adlı işin müəllifi Mehmet Yasadır. Bu şəkil İtaliyada, Verona şəhərində zəng qülləsində çəkilib.
Мужчина в мечети в Куала-Лумпуре Fotonun müəllifi Hanqing Qu
Image caption Hanqing Qu bu şəkli Malayziyanın baş məscidi sayılan Neqara milli məscidində çəkib.
Культурный центр Оскара Нимейера в городе Авилес Fotonun müəllifi Hans Wichmann
Image caption İspaniyanın şimalında yerləşən Aviles şəhərində Mədəniyyət Mərkəzinin binası fonunda gənc vilosipedçi. Bu fotonun müəllifi Hans Wichmann hesab edir ki, binanın memarı Oscar Niemeyer müasirliklə köhnə sənaye zonasına xas olan landşaft arasında optimal mütənasiblik tapa bilib.
Французское мемориальное сооружение Fotonun müəllifi FRANCIS MESLET
Image caption Francis Meslet Fransada Birinci Dünya Müharibəsinin yüzilliyinə həsr olunmuş memorialda belə bir şəkil çəkib.
Театр в городе Бар-ле-Дюк, Франция Fotonun müəllifi Linda van Slobbe
Image caption Linda van Slobbe müsabiqəyə təqdim etdiyi fotonu Fransanın Bar-le-Duc şəhərindəki tarixi teatrda çəkib. "Bu teatrın heyrətamiz dekorasiyaları var," - müəllif deyir.
Заброшенное школьное здание во Фресно Fotonun müəllifi Robert Cassway
Image caption "Yoxa çıxan Qərb" silsiləsindən olan bu fotonu Robert Cassway ABŞ-ın Montana ştatında, Fresno şəhərində çəkib.
Неоготический собор Сент- Эндрю в Сингапуре Fotonun müəllifi Andrean Hadhianto Kwee
Image caption Neoqotika üslubunda layihələndirilmiş St Andrew's kilsəsi Sinqapurda 19-cu əsrdə inşa edilib. Bu şəklin müəllifi fotoqraf Andrean Hadhianto Kwee-dir.
Заброшенная стройка торгового центра в Рязани Fotonun müəllifi Petr Starov
Image caption Rusiyalı müəllif Pyotr Starovun şəkdiyi şəklin adı belədir: "XXI-ci əsrin qəbiristanlığı". Fotoda Ryazan şəhərində ticarət mərkəzinin inşası üçün ayrılmış meydançada tikintinin dondurulduğu göstərilib.
Снимок дорог в китайской провинции Гуандонг Guo Ji Hua's image of these roads in Guangdong, Fotonun müəllifi Guo Ji Hua
Image caption "Kəsişən körpülər valsı", - fotoqraf Guo Ji Hua bu şəkli Çinin Guangdong vilayətində dron vasitəsilə çəkib.
"Геометрическая концепция" фотографа Дмитро Левчука Fotonun müəllifi Dmytro Levchuk
Image caption Dmitro Levçuk bu fotonu Dubayda yaşayış binasının foyesində çəkib. Şəkil belə adlanır: "Həndəsə konsepsiyası"
Архитектурное здание в Иране Fotonun müəllifi Hossein Younesi
Image caption Hossein Younesi çəkdiyi fotosunda İrandakı müasir yaşayış binasının maraqlı arxitekturasını əks etdirib.
Фотография на станции метро в Нью-Йорке Gautam Kamat Bambolkar New York, Fotonun müəllifi Gautam Kamat Bambolkar
Image caption New York şəhərindəki metro stansiyalarından birinə giriş. Divar və tavan boyu uzanan kabel boruları fotoqraf Gautam Kamat Bambolkar-ın diqqətini çəkib. "Metro stansiyasına giriş müdhiş mağaraya girişə bənzəyirdi", - fotoqraf deyir.

Art of Building fotomüsabiqəsi Britaniyanın Kral İnşaat İnstitutunun dəstəyi ilə keçirilir.

Əlaqəli mövzular

Bu barədə daha geniş