Əsəd: ABŞ-ın dəstəklədiyi kürd döyüşçülər vətən xainidir

YPG güçleri Fotonun müəllifi EPA

Suriya prezidenti Bəşər Əsəd özünü İslam Dövləti adlandıran quruma (İD) qarşı döyüşən ABŞ-ın dəstəklədiyi kürd silahlıları "vətən xaini" adlandırıb.

Cənab Əsəd Hmeymim hərbi bazasında Rusiya prezidentinin köməkçisi Dmitri Roqozinlə görüşdükdən sonra jurnalistlərə danışıb.

"Kürdlər deyərkən, sadəcə kürdləri nəzərdə tutmuruq. Başda ABŞ olmaqla, əcnəbi bir ölkənin çıxarlarına xidmət edən şəxlər vətən xainidir", Suriya prezidenti deyib.

Suriyanın rəsmi xəbər agentliyi olan SANA isə Bəşər Əsədin bu cür dediyini bildirib: "İstənilən xarici dövlətin komandanlığında çalışan, vətəninə, xalqına və ordusuna qarşı çıxan hər kəs vətən xaindir".

Dəməşq Şimali Suriya Federasiyasını tanımayıb

Suriyanın şimalına nəzarət edən Kürd Demokratik Birlik Partiyasının (PYD) silahlı qanadı olan Xalq Müdafiə Birlikləri (YPG), ABŞ tərəfindən İD-ə qarşı mübarizənin əhəmiyyətli hissəsi kimi qəbul edilir.

ABŞ-ın havadan dəstək göstərdiyi Raqqa əməliyatında da YPG vacib rol oynayıb.

YPG, Raqqaya girən Suriya Demokratik Qüvvələrinin onurğasını təşkil edir.

PYD keçən il "Şimali Suriya Federasiyası"nın qurulduğunu elan edib, rəsmi Dəməşq isə belə bir federasiyanı tanımadığını bildirib.

Bu barədə daha geniş