İranın Şif adasında sahilə niyə ölü balıqlar çırpılır?

A shark swims in an aquarium in western France in December 2016

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Güman edilir ki, köpəkbalıqları üzgəclərinə görə öldürülüb

İranın Şif adasında dənizin sahilə atdığı yüzlərcə köpəkbalığı ölü vəziyyətdə tapılıb.

Rəsmilərin bildirdiyinə görə, bəzi balıqçılar köpəkbalıqlarını üzgəclərinə görə ovlayırlar.

Köpəkbalığının üzgəci, güman olunduğuna görə, şəfaverici təsirə malikdir.

Cərimələnmədən ehtiyat edən balıqçılar, köpəkbalığının üzgəclərini kəsəndən sonra, ölü balığı yenidən dənizə atır.

İranın cənubundakı Buşəhr şəhərinin ətraf mühit rəsmiləri deyib ki, həmin köpəkbalıqlarını, dəniz son nəticədə sahilə atıb, İRNA agentliyi bildirib.

Köpəkbalığı üzgəcinin 1 kiloqramının qiyməti təxminən 2 dollardır (3,43 manat), Ətraf Mühit Mühafizəsi Təşkilatının baş direktoru Hüseyn Dilşab deyib.

İran köpəkbalığının sayının azalmasının qarşısını almaq üçün 2014-cü ildən onun ovunu qadağan edib.

Bu qadağanı pozan balıqçıların 7000 dollar məbləğdə cərimələnməsi nəzərdə tutulub.

Hüseyn Dilşab köpəkbalıqlarının sahilə atılmasını, "balıqların məhvolma təhlükəsi ilə üzləşdiyindən xəbər verən həyacan təbili" adlandırıb.