Hindistan toyunda bəy və gəlinə Bitcoin hədiyyə edilib

Prashant Sharma and Niti Shree Fotonun müəllifi Kashif Masood
Image caption Bəy və gəlin onlara hədiyyə qismində Bitcoin bağışlanmasını xahiş ediblər.

Hindistanda Praşant Şarma və Niti Şri evlənməyə hazırlaşanda, qərara alıblar kı, onların toy məclisinə gələnlər onlara ənənəvi hədiyyə yox, qeyri-adi nəsə bağışlasınlar və gənc cüt bu arzularını qonaqlara çatdırıblar.

Bəy və gəlin onlara hədiyyə kimi Bitcoin bağışlanmasını xahiş ediblər.

Hindistanın cənubundakı Banqalor şəhərində yaşayan cütlüyün rəqəmsal startap şirkəti var, dostlarının əksəriyyəti isə texnoloji şirkətlərdə işləyirlər.

"Biz texnologiya ilə gecəyə sərmayəni birləşdirmək istədik, - Şarma deyir. - Valideynlərimizə fikrimizi izah etdik, onlar bizi anladı".

Praşant və Nitinin toyu dekabrın 9-da baş tutub, Hindistan Bankı investorlara Bitcoin almaqdan çəkinmək barədə xəbərdarlıq səciyyəli məsləhət verdikdən 4 gün sonra...

Lakin bu xəbərdarlıq ailəni və onların dostlarını ruhdan salmayıb.

Toya gələn 200 qonaqdan yalnız 15-i gəlinlə bəyə "ənənəvi hədiyyələr" verib.

Şarmanın sözlərinə görə, toyda onlara ümumilikdə $1,559 (təxminən 2635 manat) dəyərində Bitcoin hədiyyə edilib.

Fotonun müəllifi Getty Images
Image caption Bitcoin yalnız onlayn rejimdə mövcuddur.

Şarma deyib ki, o və arvadı, onlara hədiyyə edilmiş Bitcoin-ləri sataraq, əldə edilmiş vəsaiti imkansız uşaqların təhsilinə dəstək verilməsinə yönəldəcək.

Bitcoin virtual valyuta sayılır, yəni, bu pul nə kağız, nə də dəmir pul kimi mövcud deyil, eləcə də hökümətlər və ya ənənəvi bankalar tərəfindən tərtiblənib dövriyyəyə buraxılmır, yalnız onlayn rejimdə alınıb satılır.

Eyni zamanda bəzi ekspertlər hesab edir ki, Bitcoin ənənəvi pul vasitərlərinə bir alternativdir.

Pul vasitəsi kimi, deyilənə görə, Bitkoin-ı yalnız məhdud sayda bəzi saytlar tanıyır, misal üçün, Expedia və Microsoft, lakin belə saytların sayının tədricən artdığı da iddia edilir.

Hazırda Bitcoin alqı-satqısı ilə məşğul olan istifadəşilər, onlardan maliyyə investisiyası kimi istifadə etməyə çalışır.

Bu barədə daha geniş