Britaniyada lotereyada milyon funt udan qadın Milad günü də işləyəcəyini bildirib

Lottery winners
Image caption Çərşənbə axşamı Patricia əri Robertlə bərabər yeni milyoner elan olunub.

İngiltərədə milli lotereyada 1 milyon funt (2278000 manat) udmuş şəfqət bacısı bildirib ki, iri məbləğli uduşa baxmayaraq Milad bayramı günü 12 saatlıq iş növbəsini yerinə yetirmək niyyətindədir.

Slough şəhəri nəzidəndəki Wexham rayonunda yaşayan 55 yaşlı şəfqət işçisi Patricia Aldridge 1 milyon funtluq uduşu lotereyada dekabrın 9-da qazanıb.

Çərşənbə axşamı o, 57 yaşlı əri Robertlə bərabər yeni milyoner elan olunub.

Qadının əri deyib ki, bu uduş onların "həyatını dəyişəcək".

Patricia Aldridge isə qeyd edib ki, adətən lotereya udan adamlar işlərindən çıxıb, daha işləməyə ehtiyac duymur.

"Lakin mən öz işimi sevirəm", - Patricia vurğulayıb.

O, deyib ki, telefonuna onun lotereya uduşu barədə mesaj gəldikdən sonra o, ərinə zəng edib və soruşub: "Bir milyonun neçə sıfırı var? Dəyəsən mən milyon funt udmuşam", - Patricia Aldridge deyib.

O, ahıllara qayğı göstərməkdən ibarət gündəlik işini davam etdirəcəyini bildirib.

Patricia Aldridge-in Slough şəhərində gündəlik iş növbəsi səhər saat 8-dən axşam saat 8-dək davam edir.

Öz iş növbəsini Patricia Milad günü, dekabrın 25-də yerinə yetirmək niyyətində olduğunu bildirib.

"Biz necə varıqsa, elə də davam edirik. Mən işimi atmıram, həmişəki kimi, gəzintiyə çıxmağa, dost-tanışla görüşməyə, bir yerdə vaxt keçirməyə davam edəcəyik, - Patricia deyib. - Uduş bizə yalnız bir qədər əminlik verir ki, uşaqlarımıza ev ala biləcəyik və buna bənzər xərclərimizi qarşılaya biləcəyik".

Bu barədə daha geniş