Britaniya: Baş nazirin yardımçısı pornoqrafiya ucbatından işini itirdi

Damian Green Fotonun müəllifi PA
Image caption Damian Green "yanıldıcı məlumat" verdiyi üçün üzr istəyib

Ingiltərə hökumətində baş nazir Theresa May-a ən yaxın adamlardan Damian Green pornoqrafiya qalmaqalı ucbatından istefa verib.

2008-ci ildə Green-in iş kompüterində "uşaq pornoqrafiyasına aid materiallar" tapılması ilə bağlı iddialara "səhv və yanıldıcı" cavab verməsi məlum olub. Bundan sonra o, istefaya getmək məcburiyyətində qalıb.

61 yaşlı Green istefa məktubunda üzr istəyib, baş nazir May isə onun istefasından "dərin üzüntü" duyduğunu açıqlayıb.

Damian Green hökümətdə baş nazir yardımçısı idi.

Fotonun müəllifi Reuters
Image caption Theresa May onun istefasından "dərin üzüntü" duyduğunu açıqlayıb

O, 2008-ci ildə iş kompüterində tapılan pornoqrafik fayllardan xəbərsiz olduğunu bildirmişdi.

Green istefa məktubunda bildirib ki, bu məsələ ilə bağlı vəkilinə 2008-ci ildə məlumat verilib, onun özü isə polisin suallarına 2013-cü ildə, telefonla cavab verib. Keçmiş baş nazir yardımçısı "açıqlamasının yanıldıcı olmasına görə" üzr istəyib.

Damian Green-in Mühafizəkarlar partiyasının fəalı və yazar Kate Maltby-yə "özəl münasibətlər" təklif etdiyi iddia olunub. O bu iddiaları rədd edib.

Son iki ay ərzində bu, May-in hökumətində üçüncü qalmaqallı istefadır. Bundan əvvəl müdafiə və beynəlxalq əlaqələrin inkişafı nazirləri də istefaya getmişdi.

Əlaqəli mövzular

Bu barədə daha geniş