Gözünü itirmiş suriyalı körpə ilə həmrəylik

This combination of pictures created on December 19, 2017 shows Syrians covering one eye with their hands in the rebel-held town of Douma in Syria's besieged eastern Ghouta region, as part of a campaign in solidarity with a baby boy, Karim, who lost an eye, as well as his mother, in government shelling on the nearby town of Hamouria Fotonun müəllifi AFP/Getty Images
Image caption Mühasirədə qalan Şərqi Ğuta sakinləri gözünü itirmiş Kərimlə həmrəylik əlaməti olaraq bir göz örtülü vəziyyətdə şəkil çəkdirib sosial mediada paylaşırlar.

Suriyada hökümət qüvvələrinin hücumu zamanı atılmış mərmidən gözünü itirmiş və başından yara almış körpənin fotosu sosial mediada həmin körpə ilə həmrəylik aksiyasının başlanmasına səbəb olub.

Yaşı cəmi 2 ay olan Kərim oktyabrın 29-da Dəməşq kənarındakı üsyançıların nəzarətində olan Şərqi Ğuta ərazisindəki bazara düşən artilleriya mərmisindən yaralanıb.

Körpənin anası insident zamanı həlak olub.

Təxminən 400 000 insanın yaşadığı Şərqi Ğuta 2013-cü ildən hökümət qoşunlarının mühasirəsi altındadır.

Bu əraziyə "de-eskalasiya zonası" adı verilməsinə baxmayaraq, son həftələr ərzində bu zonada döyüşlər son həftələr ərzində yenidən qızışıb.

Bazar ertəsi Beynəlxalq Qırmızı Xaç Kiomitəsi həmin ərazidə vəziyyətin "kritik həddə çatdığını bildirib".

Fotonun müəllifi AFP
Image caption İllərlə çəkən hərbi əməliyyatlar nəticəsində Şərqi Ğuta xarabalığa dönüb.

Təxminən 500-dək insanın təcili həkim yardımına ehtiyacı var. Ərazidə yemək, yanacaq və dərman çatışmır. Soyuq hava isə əlavə çətinliklər yaradır.

XƏBƏRDARLIQ: Aşağıdakı foto sarsıdıcıdır

Kərimin yaralarını əks etdirən şəkil noyabrın sonunda yayılmağa başlayıb.

Ötən həftə isə fotoqraf Əmir əl-Mohilbanu Şəqrqi Ğutada qalan uşaqların vəziyyətinə dünyanın diqqətini cəlb etmək üçün sosial mediada #SolidarityWithKarim (#KərimləHəmrəylik) kampaniyasına başlayıb.

"Bu təşəbbüsün məqsədi dünyanı, anasını və gözünü itirmiş körpə barədə məlumatlandırmaqdır", - fotoqraf AFP agentliyinə bildirib.

Körpənin atası Türkiyənin Anadolu agentliyinə bildirib ki, onun uşağına davamlı həkim qayğısı göstərilməlidir.

Fotonun müəllifi Getty Images
Image caption Anasını itirmiş Kərimə indi onun atası, dörd bacı-qardaşı və bibisi baxır.

#SolidarityWithKarim həştəqindən bazar ertəsi 26 000-dən çox dəfə istifadə olunub.

Kərimin fotosu müxtəlif sosial media platformalarında yüzrlərə dəfə paylanıb.

Bir çox suriyalı istifadəçi bir gözünü örtərək çəkdirdiyi şəkillərini sosial mediada Kərimin yaralarına diqqəti cəlb etmək üçün həmrəylik əlaməti kimi dərc etdirib.

Suriyada üsyançıların nəzarətində olan hospitalların işini əlaqələndirən, Türkiyədə mənzillənən Müstəqil Həkim Assosiyasiyası üzvləri Suriya həkimlərinin bir göz örtülü vəziyyətdə çəkdirdikləri fotonu sosial mediada paylaşıblar.

Fotonun altındakı şərhdə deyilir ki, həkimlər, anasını və gözünü itirmiş, çənəsindən yara almış və həkim yardımına ehtiyacı olan suriyalı körpənin vəziyyətinə hamını diqqət verməyə çağırır.

Suriyanın Mülki Müdafiə qurumunun işçiləri də Twitter səhifəsində Kərimlə həmrəy oluqlarını bildirib.

Kərimin vəziyyəti Suriyanın xaricində də ictimaiyyətin diqqətini özünə cəlb edib.

Almaniyanın Bild qəzetinin işçiləri qrup hallında şəkil çəkdirib, onu Suriyadakı zorakılığa diqqəti çəkmək üçün sosial mediada paylaşıb.

Bu kampaniya çərşənbə axşamı New York-da BMT qərargahına da çatıb: Britaniyanın BMT yamımda daimi nümayəmdəsi Matthew Rycroft BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı Kərimin əhvalatını qeyd edib.

"Biz Kərimlə həmrəy olmalıyıq", - deyən Britaniya diplomatı, Şərqi Ğutada hava zərbələrinə son qoyulmasına çağırıb. Britaniyalı diplomat, yerləşdiyi şəklinin altındakı yazıda qeyd edib ki, "bu məsələdə hərəkətsizilik daha çox sayda adamın ölməsi, daha çox sayda məktəblərin bombalanması və daha çox sayda uşaqların yaralanması deməkdir".

İlk dəfə deyil ki, sosial mediada müharibə nəticəsində yaralanmış uşaq ilə həmrəylik kampaniyası keçirilir.

Bu ilin əvvəlində bənzər kampaniya Yəməndə keçirilmişdi.

Səudiyyə koalisiyası Yəməndəki Husi hərəkatı üsyançılarını havadan bombaladığı zaman aldığı yaralardan gözünü itirmiş və eləcə də, yetim qalmış kiçikyaşlı qızın fotosu istifadəçilər tərəfindən sosial mediada paylaşılmışdı.

Bu barədə daha geniş