Qüds: 128 dövlət Trump-ın bəyannaməsini rədd edib

Riyad Mansour (R), the Palestinian Permanent Observer to the United Nations, walks past US permanent representative Nikki Haley (L) as the General Assembly gathers in New York on 21 December 2017 Fotonun müəllifi EPA

BMT Baş Assambleyası Qüdsün İsrailin paytaxtı kimi tanımaması barədə qətnamə qəbul edib.

Qurum ABŞ-dan da Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan geri çəkilməyə çağırıb.

Qətnamənin mətninə görə, şəhərin statusu ilə bağlı istənilən qərar "qüvvədən düşmüş və etibarsızdır" və ləğv olunmalıdır.

Tövsiyə xarakterli qətnamə 128 dövlət tərəfindən təsdiq edilib. Quruma üzv olan 35 ölkə səsvermə zamanı bitərəf qalıb. Doqquz ölkə isə qətnamənin əleyhinə səs verib.

ABŞ Prezidenti Donald Trump qətnaməni dəstəkləyənlərə maliyyə yardımını kəsmək barədə təhdid etmişdi.

Qətnamənin əleyhinə səs verən ölkələr ABŞ, İsrail, Qvatemala, Honduras, Marşal Adaları, Mikroneziya, Nauru, Palau və Toqo olub.

Bitərəf ölkələr arasında isə Kanada və Meksika olub.

Qətnamənin lehinə BMT Təhlükəsizlik Şurasının dörd daimi üzvü olan Çin, Fransa, Rusiya və Böyük Britaniya, eləcə də ABŞ-ın müsəlman dünyasındakı müttəfiqləri səs verib.

Səsverməyə 21 ölkə qatılmayıb.

Bu ayın əvvəllərində Trump müsəlmanların Qüds adlandırdıqları Yerusəlim şəhərini İsrailin paytaxtı kimi tanıyan qərar qəbul edib və ABŞ səfirliyinin Tel Əvivdən Qüdsə köçürülməsinə göstəriş verib.

Bu addımla Trump ABŞ-ın onilliklərdir davam edən xarici siyasət ənənəsini pozub. Bundan sonra ABŞ-ın ənənəvi müttəfiqləri də prezidenti təndiq ediblər.

İsrailin Baş Naziri Benyamin Netanyahu səsvermənin nəticələrini rədd etməyə söz verərək BMT-ni "yalançı evi" adlandırmışdı.

Azərbaycan da qərarın lehinə səs verib. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bir neçə gün öncə İran və türkiyəli həmkarları ilə görüşü zamanı BMT-nin qətnaməsini dəstəkləyəcəyini bildirmişdi.

Bu barədə daha geniş