Papa Francisin Milad çıxışı: "Qüdsdə sülh istəyək" və "mühacirləri qovmayın"

Papa Francis Fotonun müəllifi Reuters

Papa Francis Milad bayramı çıxışında mühacirlərdən və Qüdsdən (Yerusəlim) danışıb.

O deyib ki, İsraili və fələstinliləri dialoqa və sülhə çağırıb.

"Bu bayram günündə, gəlin, Yerusəlim (Qüds) və Müqəddəs Torpaqda olanlar üçün sülh istəyək", deyə Papa Francis tərcüməsi "Şəhərə və Dünyaya" olan "Urbi et Orbi" adlandırdığı çıxışında deyib.

"Gəlin, Allahdan tərəflər arasındakı dialoqu bərpa etməyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində iki dövlətin birgə dinc yanaşı yaşamasına imkan verəcək qarşılıqlı razılaşdırılmış nəticəyə çatmağı istəmək üçün dua edək".

Fotonun müəllifi AFP

Bundan başqa, o çıxışında dünyanı "acınacaqlı vəziyyətdə olan milyonlarla mühaciri öz torpaqlarından qovmamağa" çağırıb.

O, İncildən sitat gətirərək mühacirləri Mary (Mariya)və Joseph-lə (Yusif) müqayisə edib və deyib ki, onlar da Nazaretdən Bethlehem-ə gəliblər, amma qalmağa yer tapmayıblar.

Papa Francis vurğulayıb ki, onlar "rahatca günahsız qan axıdanların" əlindən qaçmağa məcbur olublar.

Fotonun müəllifi AFP

Papa Francis deyib ki, mühacirlər öz evlərini istəyərək tərk etməyiblər, onlar yaxınlarını buraxıb getməyə məcbur qalıblar.

Francis ənənəvi Milad çıxışını bazar ertəsi günü edəcək.

81 yaşlı Roma papası özü Buenos-Ayresdə mühacir İtaliya ailəsində anadan olub. Mühacirlərin müdafiəsi və qayğısı onun papalığı qarşısında duran əsas vəzifələrdən biridir.

Bu barədə daha geniş