Filippinlər: qasırğa 100-dən çox insanı öldürüb

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Mindanao adası Tembin qasırğası

Filippinin cənubunda davam edən tropik qasırğa nəticəsində 100-dən çox insan ölüb, onlarca şəxs itkin düşüb.

Surəti saatda 80 kilometr olan Tembin qasırğası Mindanao adasında daşqınlara və sürüşmələrə səbəb olub.

Hadisə nəticəsində iki şəhərə güclü ziyan dəyib, onlarca ev alt-üst olub.

Fotonun müəllifi AFP
Image caption Xilasedicilər sakinləri təxliyə edir

Filippində ölümcül tropik qasırğalar mütəmadi olaraq baş verir.

Hadisə yerində işıq və rabitə xətləri kəsilib, bu isə xilasetmə cəhdlərini çətinləşdirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş