Şimali Koreya özünə qarşı yeni BMT sanksiyalarını "müharibə aktı" sayır

The test of North Korea's Hwasong-15' intercontinental ballistic rocket. File photo Fotonun müəllifi KCNA
Image caption Şimali Koreya özünün nüvə və ballistik raket sınaqlarına görə ABŞ, BMT və Avropa İttifaqı tərəfindən sanksiyalara məruz qalmaqdadır.

Şimali Koreya BMT tərəfindən ölkəyə qarşı yeridilən yeni sanksiyaları "müharibə aktı" adlandırıb.

Ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilib ki, nəzərdə tutulan tədbirlər tammiqyaslı iqtisadi blokadanın elan olunmasına bərabərdir, Şimali Koreyanın KCNA xəbər agentliyi vurğulayıb.

Səndəddə qeyd olunub ki, Şimali Koreya ABŞ-ın planlarının pozulmasının yeganə yolunu ölkənin hərbi qüdrətinin bundan sonra da gücləndirilməsində görür.

BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı yeni sanksiyaların yeridilməsi barədə qərarı cümə günü qəbul edib.

Yeni BMT sanksiyaları Pxenyanın ballistik raketlər sınağına cavab olaraq tərtiblənib.

ABŞ tərəfindən hazırlanmış qətnamə layihəsini səsvermə zamanı BMT Təhlükəsizlik Şurasının 12 üzvünün hamısı dəstəkləyib.

Qəbul edilmiş yeni sanksiyalar Şimali Koreyaya neft idxalının 90 faizədək azalmasını nəzərdə tutur.

Şimali Koreya artıq uzun müddətdir ki, özünün nüvə və ballistik raket sınaqlarına görə ABŞ, BMT və Avropa İttifaqı tərəfindən tətbiq olunan sanksiyalara məruz qalmaqdadır.

Bu barədə daha geniş