Əfqanıstanda kəşfiyyat agentliyi yanında bombalı intiharçı hücümu: azı 10 nəfər həlak olub, yaralılar var

Afghan security forces keep watch at a check point close to the compound of Afghanistan's national intelligence agency in Kabul. Photo: 25 December 2017 Fotonun müəllifi Reuters
Image caption Təhlükəsizlik qüvvələri hadisə yerini mühasirəyə alıb

Əfqanıstanın paytaxtı Kabildə kəşfiyyat agentliyi kompleksinin yaxınlığında bombalı intiharçı hücumu nəticəsində 10 nəfər həlak olub, rəsmi şəxslər bildirirlər.

Agentliyin daha beş əməkdaşı isə işə gələrkən piyada olan şəxsin özünü partlatması nəticəsində xəsarət alıb.

Həmin ərazidən avtomobillə keçən bir qadın da hadisənin qurbanı olub, məlumatlarda deyilir.

Özünü İslam Dövləti adlandıran qruplaşma bu hücumu törətdiyini deyib.

Yaralıların aparıldığı xəstəxananın direktoru bildirib ki, qurbanların sayı arta bilər.

Son aylarda Əfqanıstanda bu cür partlayışların sayı artıb:

  • Oktyabrda azı 39 nəfər şiə müsəlmanlara aid məsciddə baş verən hücumda həlak olub.
  • May ayında diplomatik məhəllə və ya Yaşıl Zonada partladılan nəhəng bomba 150-dən çox adamın həlak olmasına səbəb olub - Bu, 2001-ci ildə ABŞ qüvvələrinin Talibanı hakimiyyətdən uzaqlaşdırmasından sonra ən ölümcül hadisə sayılır.

Bu barədə daha geniş