Kraliçanın Milad mesajı: "Dinc və xoşbəxt Milad Bayramı arzu edirəm"

Kraliça Fotonun müəllifi PA
Image caption Kraliça xidmətdən sonra onu gözləyən kütləni salamlayır

Kraliça Milad Günü münasibətilə etdiyi nitqində bu il London və Mançesterterror hücumları zamanı ölənlərin xatirəsini yad edib.

O bildirib ki, bu ilin may ayında Mançester Arenaya hücumdan sağ çıxanlarla görüşmək "xüsusi" idi.

Monarx, həmçinin Grenfell Qalası yanğının qurbanlarını da yada salıb.

Toyunun 70-ci il dönümünü xatırdalan Kraliça Edinburq Hersoqunun dəstəyini yüksək qiymətləndirib.

"...bu videoya harada baxmağınızdan asılı olmayaraq, sizə dinc və xoşbəxt Milad Bayramı arzu edirəm", Kraliça sözlərini belə bitirib.

Bu il Kraliçanın çıxışı Buckingham Sarayının 1844-cü Otağında bir neçə gün öncə yazılıb.

Kral Ailəsinin Milad ibadəti

Çıxışdan öncə, Kraliça ailəsi ilə birgə Norfolk malikanəsində keçirilən Milad Günü ibadətinə başçılıq edib.

Bu il ailə ibadətinə Şahzadə Harrinin nişanlısı Meghan Markle da qoşulub.

Cütlük Sandringham-dakı Müqəddəs Mariya Maqdalena Kilsəsinə Cambridge hersoqu və hersoginyası ilə birgə gəlib.

Kraliça ötən il güclü soyuqdəymə səbəbi ilə ibadətdə iştirak edə bilməmişdi.

Şahzadə Philip və Charles və Cornwall hersoginyası da digər ailə üzvləri ilə birgə tədbirə gəlib.

İbadətdən sonra, Xanım Markle da ailə ilə birgə səhər 5-dən bəri onları salamlamaq üçün açıq havada onları gözləyən sakinləri salamlayıb.

Şahzadə Harri və nişanlısı Meghan Markle Fotonun müəllifi Getty Images
Image caption Şahzadə Harri və nişanlısı Meghan Markle sakinlərlə söhbət edir
Cambridge hersoqu və hersoginyası Fotonun müəllifi PA
Image caption Üçüncü uşaqlarını gözləyən Cambridge hersoqu və hersoginyası gülümsəyir
Şahzadə Çarlz Fotonun müəllifi Getty Images
Image caption Şahzadə Charles kilsə ibadətindən sonra insanlarla söhbət edib
Şahzadə Andrew Fotonun müəllifi Getty Images
Image caption Şahzadə Andrew da tədbirə qatılıb
Şahzadə Edward Fotonun müəllifi PA
Image caption Şahzadə Edward bacısı şahzadə Anne ilə birgə
Wessex qrafinyası Sophie Fotonun müəllifi Getty Images
Image caption Wessex qrafinyası Sophie
Şahzadə Beatrice Fotonun müəllifi Getty Images
Image caption Şahzadə Beatrice də ibadətdə ailəsinə qoşulub

.

Bu barədə daha geniş