Avstriyanın baş naziri: "Ölkəmdə siyasi islama yer yoxdur"

Sebastian Kurz Fotonun müəllifi Getty Images
Image caption Sebastian Kurz: "Ölkəmdə siyasi islama yer yoxdur"

Avstriyanın gənc baş naziri Sebastian Kurz bir alman qəzetinə verdiyi müsahibəsində ölkəsində İslamın 1992-ci ildən bəri mövcud olduğunu, ancaq Avstriyada siyasi islama icazə verməyəcəklərini söyləyib.

Sebastian Kurz deyib ki, Avstriyada İslam rəsmi tanınan dinlərdən biridir və onun sözlərinə görə bu belə də davam edəcək, ancaq: "Ölkəmdə siyasi islama yer yoxdur", baş nazir əlavə edib.

Baş nazir Kurz müsahibəsində deyib ki, Avropa Birliyinin Vishegard ölkələri adlanan dörd Şərqi Avropa ölkəsi tərəfindən yüksək tənqid olunan məcburi qaçqın kvota layihəsindən imtina etməsi "məntiqli" olardı.

Kruz məcburi qaçqın kvotası tətbiqini doğru saymır, o deyir, onsuz da qaçqınların əsas hədəfləri Almaniya kimi mühacirlərə önəmli haqlar verən inkişaf etmiş ölkələrdir, əgər kvotaya görə qaçqınları başqa ölkəyə göndərsələr, onlar göndərildikləri yerlərdə uzun müddət qalmayacaqlar

Avstriya baş naziri vurğulayır ki, Avrupa İttifaqı ölkələri arasında daxili sərhədlər qaldırılıb, "bir azadlıq adası yaradılıb", ancaq daxili sərhəd tanımayan bu azadlığı "sadəcə, güclü müdafiə edilən xarici sərhədlər hesabına" qorumaq mümkündür, o deyib.

Bu barədə daha geniş