Hindistanlı meşə gözətçisi fil balasını boynunda necə daşıyıb?

Sarathkumar carries the calf Fotonun müəllifi Forest department
Image caption Fil balası onu xilas edən meşəbəyidən xeyli ağır olub

Hindistanın cənubunda meşə gözətçisinin xəndəyə düşən fil balasını xilas etməsi ölkənin gündəmi olub.

Hər kəsi çəkisi özündən xeyli çox olan fil balasını 28 yaşlı Palanichamy Sarathkumar-ın necə xilas edə bilməsi maraqlandırır.

"O çox ağır idi. Mən onu qəfil boynuma qaldırdım".

Sarathkumar-ın öz çəkisi 80 kq-dır. Fil balası isə 100 kq-dan ağır gəlir.

Anasından ayrı düşmüş fil balası sonradan anasına qovuşub.

Palanichamy Sarathkumar, Ooty stansiyasından 50 km uzaqlıqdakı Mettupalayam yaxınlığında işləyən meşə mühafizə qrupunun üzvüdür.

Fotonun müəllifi Forest department
Image caption Qrup əvvəlcə fil balasına kömək etmək istəyib, amma o yerimək üçün kiçik imiş

O, BBC-yə deyib ki, onun fil balasını boynunda daşıması videosu yerli televiziyada göstərildikdən sonra sosial şəbəkələrdən onun ünvanına xoş sözlər yağıb.

"Yaşadığım kənddə indi hər kəs məndən eyni soruşur: Fili necə qaldırdın?"

Meşəbəyi deyib ki, o, yalnız balansını itirməkdən qorxub.

Hadisə dekabrın 12-də Palanichamy Sarathkumar gecə növbəsindən qaydandan sonra olub:

"Məlumat verdilər ki, dişi fil Vanabhadra Kaliamman məbədi yaxınlığında yolu bağlayıb".

O və həmkarları fili cəngəlliyə qovublar və ərazidə başqa filləri axtarıblar.

"Biz gördük ki, kiçik bir xəndəyə fil balası düşüb", o deyir.

Ancaq fil balası yeriyə bilmədiyindən onu daşımaq lazım gəlib. Meşə gözətçisi deyir ki, fil balasını anasına qovuşdurmaq lazım idi, ancaq hardasa yaxınlıqda olan ana fil onlara hücum edə bilərdi.

"Buna görə də dördümüzün yerinə mən riskə getdim, fil balasını boynuma qaldırdım, yolun o biri tayına apardım ki, anası tapa bilsin".

Körpə fili 50 metr boynunda aparandan sonra Sarathkumar onu su hövzəsi yanında yerə qoyub, ümid edib ki, anası onu tapacaq.

Bu barədə daha geniş