Kim Jong-un: "Nüvə silahı düyməsi masamda, əlimin altındadır"

Новогодняя речь Ким Чен Ина Fotonun müəllifi Getty Images
Image caption Şimali Koreya liderinin Yeni il çıxışına Cənubi Koreyada da baxılıb.

Yeni il müraciətində Şimali Koreya lideri Kim Jong-un bildirib ki, nüvə silahını işə salan düyməni o, iş masasında əlinin altında yerləşdirib. O bunu ABŞ-ın müharibəni alovlandıra bilməməsi üçün etdiyini bildirib.

O vurğulayıb ki, nüvə silahını yalnız ölkəsinə təhlükə yarandığı təqdirdə işə salacaq və Şimali Koreyanı "nüvə silahına malik olan sülhpərvər və məsuliyyətli ölkə" aldandırıb.

Yeni il ilə əlaqədar televiziya müraciətində Kim Jong-un bəyan edib ki, ABŞ-ın bütün ərazisi Şimali Koreyanın nüvə raketlərinin əhatə dairəsində yerləşir və əlavə edib ki, bunu deməklə o, ABŞ-ı hədələmir, sadəcə faktları deyir.

Müraciətində Şimali Koreya lideri Cənubi Koreyaya ilə dialoq üçün açıq olduğunu da qeyd edib.

Kim Jong-un bildirib ki, Pxenyanın Cənubi Koreyanın Pxönçxan şəhərində keçiriləcək Qış Olimpiya oyunlarına öz komandasını göndərəcəyi istisna olunmur.

Jurnalistlər Floridada yeni ili qarşılayan prezident Trump-dan, onun Kim Jong-un tərəfindən səsləndirilən hədələrə nə cavab verəcəyi ilə maraqlanıblar.

Jurnalistlərin bu barədə sualına ABŞ prezidenti belə cavab verib: "Baxarıq, baxarıq".

Keçən il Şimali Koreya nüvə proqramı və raket sınaqlarına görə sərt tənqidə və sanksiyalara məruz qalıb.

Pxenyan 6 yeraltı nüvə sınağı keçirib.

Həmin sınaqlar Şimali Koreyanın, getdikcə, daha güclü raket silahına malik olduğunu göstərib.

Bu barədə daha geniş