Səudiyyəli şahzadələr etiraz akiyasına görə saxlanıblar

A view of the Saudi capital Riyadh Fotonun müəllifi AFP
Image caption Yerli media etiraz aksiyasının paytaxt Riyadda baş verdiyini bildirir

Səudiyyə Ərəbistan hakimiyyəti paytaxt Riyadda yerləşən bir sarayda etiraz aksiyası keçirdiklərinə görə 11 şahzadəni həbs edib.

Saxlanan şahzadələr hökumətin kral ailə üzvlərinin su və elektrik istifadə xərclərini ödəməmək qərarına qarşı etiraz ediblər. Onların adları bəyan edilməyib.

Hazırda Səudiyyə hökuməti neft gəlirlərindən asılılığını azaltmaq üçün geniş iqtisadi islahatlar aparmaqdadır.

Bəzi hökumət subsidiyaları daxil olmaqla hökumət ictimai xərcləri azaltmağa səy göstərir.

Krallıq yerli yanacaq qiymətini təxminən iki qat artırıb və kommunal xərclər və ərzaq məhsulları daxil olmaqla satılan xidmətlər və malların əksəriyyətinə 5 faiz əlavə dəyər vergisi qoyub.


Həmçinin oxuyun:


Etiraz aksiyası barədə məlumat ilk olaraq Səudiyyə Ərəbistanın Sadq saytı tərəfindən verilib.

Şahzadələr həmçinin yaxın qohumlarından birinə törətdiyi bir cinayət nəticəsində ölüm hökmü verilməsinə görə kompensasiya tələb etdiklərini bildiriblər.

Reuters xəbər agentliyi Səudiyyə Ərəbistanı Baş prokurorluğunun həbslərin baş verdiyini təsdiqləyən bəyanatını əldə edib. Bəyanatda deyilir ki, şahzadələr ictimai sabitliyi və qaydanı pozmaq ittihamları ilə saxlanırlar.

Ötən il anti-korrupsiya tədbirləri çərçivəsində onlarla şahzadə və keçmiş nazirlər həbs edilmişdi.

Səud krail ailəsinin minlərlə üzvü olduğu düşünülür, lakin ailə üzvlərinin sahib olduqları sərvətin həcmi bir-birindən çox fərqlənir.

Bu barədə daha geniş