Suriya münaqişəsi: Rusiya Xmeymim aviabazasına dronla hücumun qarşısını alıb

The damaged tail of a jet. Anonymous photo via Roman Saponkov Fotonun müəllifi Roman Saponkov
Image caption Jurnalist Roman Saponkovun paylaşdığı bu şəkilin dekabrın 31-i mərmilə zədələnən Rusiya qırıcılarını göstərdiyi iddia olunur

Rusiya hərbi qüvvələri Suriyanın şimal-qərbi Əl-Laziqiyyə şəhərinin yaxınlığında yerləşən Xmeymim aviabazasına dron hücumunun qarşısnı alıb, fəallar bildirir.

Şənbə günü baş vermiş hücumun qarşısı dronların vurulması ilə alınıb, Suriya İnsan Haqları Müşahidəsi (SİHM) təşkilatı deyib.

Bundan bir neçə gün əvvəl, dekabrın 31-i, Xmeymim aviabazasına mərmi hücumu nəticəsində iki Rusiya hərbçisi həlak olub.

Dənizkənarı Xmeymim aviabazası Rusiyanın Suriyadaki hərbi müdaxiləsinin mərkəzidir.

Britaniyada məskunlaşan SİHM müşahidəçi təşkilatı şənbə günü aviabazanın ərazisində fəaliyyət göstərən cihadçı qruplaşma tərəfindən hücumu gəldiyini deyib.

Hücum nəticəsində yaralılar və ya xəsarət barədə hələ ki, məlumat yoxdur, SİHM əlavə edib.


Həmçinin oxuyun:


Hücumda istifadə edilən dronlar sadə olub, Rusiyanın Lenta xəbər saytı bildirib.

Dronlar taxta gövdə və bir mühərrikdən ibarət olub, üstündə minalar yerləşdirilib, sayt əlavə edib.

Rusiya hələ ki, xəbərləri rəsmən təsdiqləməyib.

Dekabrın 31-də baş vermiş hücumdan sonra, hərbi jurnalist Roman Saponkov sosial mediada Xmeymim avaiabazasında mərmidən zədələnmiş qırıcıların şəkillərini paylaşıb.

Fotonun müəllifi Roman Saponkov

BBC-yə verdiyi müsahibədə, o, şəkilləri anonim mənbədən aldığını deyib.

Rusiya Müdafiə Nazirliyi 31 dekabrdaki hücumu təsdiqləyərək iki hərbçinin öldüyünü bildirib. Lakin nazirlik hərbi təyyarələrin istifadəsiz hala gətirilməsinə dair məlumatları təkzib edib.

Rusiya hücum edənləri "islamçı ekstremist" kimi təsvir edib.

Rusiya prezidenti Vladimir Putin ötən ay Xmeymim aviabazasını ziyarət edərək Rusiya hərbi qüvvələrinin əksər qisminin Suriyadan çıxacağını bəyan edib.

Beynəlxalq insan haqları təşkilatları və yerli fəallar Rusiyanı aviazərbələrlə çox sayda dinc əhalini öldürməkdə təqsirləndirir. Moskva bu iddiaları təkzib edir və yalnız "terrorçuları" hədəfə aldığında israr edir.

Rusiya hərbi qüvvələri aviabazada təhlükəsizlik tədbirlərini gücləndirdiyini bildirir. Aviabazada uzaqvuran havadan müdafiə sistemləri olsa da, qıyamçı qüvvələrin bazanı mərmilərlə hədəfə alması, onların kifayət qədər yaxınlaşmağa qadir olduğunu göstərir.

Bu barədə daha geniş