İran ibtidai məktəblərdə ingilis dilinin tədrisinə qadağa qoyur

Xamneyi, İran, İngilis dili qadağası Fotonun müəllifi AFP
Image caption İranın ali dini rəhbəri dillər vasitəsiylə xarici təsirlərin keçməyini tənqid edib

İran ibtidai məktəblərdə İngilis dilinin tədrisini dayandırıb, məsələ "mədəni işğal"adlandırılıb.

Təhsil Nazirliyinin katibi dövlət televiziyasına deyib ki, bu "ibtidai məktəbdə şagirdlər arasında fars dili bacarıqlarını və İran İslam mədəniyyətini gücləndirməyi nəzərdə tutur".

İranın ali dini rəhbəri ayətullah Əli Xameneyi əvvəllər ingilis dilinin tədrisi ilə bağlı narahatlığını ifadə edib.

Bu, bir çox iranlılar tərəfindən mühüm bacarıq kimi qəbul olunur və geniş öyrənilir.

12 yaşdan başlayan əksər orta məktəblərdə ingilis dili əsas xarici dil imkanıdır, amma populyarlığı çox olduğundan bəzi məktəblər onun tədrisini daha aşağı siniflərdən başlanmasını təklif etdib.

Ali təhsil şurasının katibi Mehdi Nəvid-Ədham IRIB dövlət xəbər agentliyinə deyib ki, ibtidai məktəblərdə "Xarici dillərin tədrisi heç bir üsulla tövsiyə olunmayıb".

O, həmçinin deyib ki, ingilis dilini əlavə dərs kimi məktəb saatlarından sonra tədris edən məktəblər "qanun pozuntusuna" yol verirlər.

Qadağa təhsil sistemindən kənar olaraq ingilis dilinin əlavə dərs kimi orta məktəblərdə və dəbdə olan xüsusi institutlarda xarici dil kimi tədrisinə təsir göstərmir.

İranda yayım və çap mediası dövlət tərəfindən idarə olunur, amma İslam Respublikası Xəbər Agentliyi və PressTV kimi bəziləri ingiliscə yayımlanır.

Başqa bir təcridedici tədbir

BBC Fars xidmətindən Rana Rahimpur yazır ki, bu hərəkət ali dini rəhbərin anti-Qərb, dünyadan təcridedici fikirlərinə uyğun gəlir. O, təkrarən söyləyib ki, uşaqlara ingilis dilinin erkən yaşdan öyrədilməsi "qərb mədəniyyətinin sızmasına" səbəb ola bilər.

O deyib ki, elmin dili yalnız ingiliscə olmamalıdır, uşaqlara ispanca, fransızca kimi dillər də, ya da elə şərq dilləri də tədris olmalıdır.

Rana Rahimpur yazır ki, prezident Həsən Ruhani dini liderlə razılaşmayıb, o deyib ki, ingilis dilini bilmək insanlara əmək bazarına girməyə kömək edir. Buna baxmayaraq, prezidentin gücü qadağanı saxlamağa kifayət etməyib.

Dini lider ilk dəfə bu barədə ötən il danışıb

Ayətullah Əli Xameneyi məsələ ilə bağlı fikirlərini 2016-cı ildə müəllimlər qarşısında çıxışında səsləndirib, o məktəbəqədər tədris müəssisələrində ingilis dilinin yayılmasını tənqid edib.

Bu hərəkət İranda ciddi bir qarışıqlıq şəraitində baş verir. Ötən dekabrın axırlarından İranın bir neçə şəhərində etiraz aksiyası başlayıb.

Yaşayış səviyyəsi səbəindən ötən ilin dekabrından başlayan anti dövlət nümayişlərində ən azı 21 nəfər öldürülüb.

Aralarında ən azı 90 tələbənin olduğu 1000 nəfərdən yuxarı insanın həbs olunduğu deyilir.

Ayətullah Xameneyi isə qarışıqlığa görə naməlum xarici "düşmənləri" günahlandırıb.

Bu barədə daha geniş