Ritz Paris soyğunu: Silahlı soyğunçular zərgərlik məhsulları olan çantanı yerə salıb

Paris, hotel, ritz, stolen Fotonun müəllifi AFP
Image caption Parisdəki Ritz otelindən oğurlanan cəvahiratı soyğunçulardan biri əlindən yerə salıb

Fransa polisi Parisdəki məşhur Ritz oteldən silahlı soyğunçular tərəfindən oğurlanan bütün zərgərlik məmulatlarının geri qaytarıldığını bildirib.

Basqın zamanı ələ keçirilən 4.5 milyon dəyərində olan qənimət çantada olub və 5 nəfərlik dəstənin üzvlərindən biri həmin çantanı yerə salıb.

Polis bildirib ki, qarətçilərdən 3 nəfər saxlanıb, qalanları isə qaça bilib.

5 ulduzlu Ritz oteli Parisin Seine çayının sağ sahilində, tarixi Place Vendome hissəsində yerləşir.

"Mən deyə bilərəm ki, bütün oğurlanan cəvahirat çantanın içindən tapılıb və polislər tərəfindən geri qaytarılıb," təhqiqata yaxın olan mənbə Reuters-ə bildirib.

Quldurlar yerli vaxtla saat 18:00-da baltadan istifadə edərək zirzəmidən mağazanın pəncərəsini sındırıblar.

Le Parisien qəzetinin polisdəki mənbələrə əsaslanaraq yaydığı xəbərə görə, patrul əməkdaşı soyğunun qarşısını alıb.

Soyğunçulardan üçü binada bağlı saxlanıldıqdan sonra həbs olunub.

Bayırda gözləyən iki oğru isə maşın və mopedlə qaçaraq xilas ola biliblər.

Mopedlə qaçan soyğunçunun piyada ilə toqquşduqdan sonra içində cəvahirat olan çantanı yerə saldığı bildirlir.

Daha sonra soyğunçulardan birinin istifadə etdiyi maşın paytaxtın şimalında Sannois ərazisində tapılıb.

Bu barədə daha geniş