Donald Trump: "Axı biz niyə "zir-zibil ölkələrdən olan adamları qəbul etməliyik?"

ABŞ,Trump, mühacir Fotonun müəllifi Reuters
Image caption ABŞ prezidenti Donald Trump mühacirlərin əleyhinə danışıb

"Axı biz niyə "zir-zibil ölkələrdən olan adamları qəbul etməliyik", ABŞ prezidenti Donald Trump Ağ evdə keçirdiyi iclasda mühacirlərin ünvanına deyib, Washington Post yazır.

Hesab olunur ki, bu sözlər Haiti, El Salvador və Afrika ölkələrinin ünvanına deyilib.

Ağ Ev bu məlumatı təkzib etməyib.

BMT nümayəndəsi ABŞ prezidentinin sözlərini "irqçi" kimi təsvir edib.

Ağ Evin sözçüsü Raj Shah bildirib ki, "müəyyən Qərb siyasətçiləri xarici ölkələrlə mübarizəni seçir, amma prezident Trump həmişə Amerika xalqının maraqları üçün mübarizə aparır".

O əlavə edib ki, bəzi imiqrasiyada limit tətbiq edən ölkələr kimi prezident Trump da ölkə iqtisadiyyatını inkişaf etdirməklə, "böyük xalqımıza inteqrasiya ola bilməklə ABŞ-ı gücləndirəcək" mühacilərin gəlməsi üçün imiqrasiya siyasətində dəyişikliklə bağlı mübarizə aparır.

Ağ Evdəki toplantı bəzi imiqrasiya kateqoriyalarının leqallaşması ilə bağlı müzakirələrə həsr olunubmuş. İclasda hər iki partiyanın qanunvericiləri iştirak edib.

Reaksiyalar

Trump-ın bu sözlərinə bəzi konqresmenlər sərt reaksiya veriblər.

Fotonun müəllifi Reuters
Image caption Salvadorun ABŞ-dakı səfirliyi hələ ki, Donald Trump-ın sözlərinə münasibət bildirməyib.

BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığının sözçüsü Rupert Colville deyib ki, "təsdiq olunarsa bu ABŞ prezidentinin sarsıdıcı və rüsvayçı şərhidi və mən təəssüf edirəm ki, buna irqçilikdən başqa bir söz tapa bilmirəm".

Konqresdə yeganə haitili-amerikalı olan Mia Love tələb edib ki, cənab Trump bu "nəzakətsiz, ayırıcı" şərhinə görə üzr istəsin.

Salvadorun ABŞ-dakı səfirliyi hələ ki, Donald Trump-ın sözlərinə münasibət bildirməyib.

Donald Trump hakimiyyətə gələndən bəri bəzi ölkələrə qarşı sərt imiqrasiya siyasətini tətbiq etməyə çalışır. O, Grenn-Card lotereyasının ləğvinə çağırır və Meksika ilə ABŞ sərhəddində divar səddi tikmək üçün planlar təqdim edir.

Bu barədə daha geniş