Britaniya mətbuatı: Şahzadə Diana və sevgilisi Dodinin heykəlini Londonun mərkəzindən çıxarırlar

Fotonun müəllifi Getty Images

Şahzadə Diana və sevgilisi Dodinin heykəlini Londonun mərkəzindən çıxarırlar

"The Guardian" yazır ki, rəhmətliklər Uels şahzadəsi Dianaya və onun sevgilisi Dodiyə Londonun mərkəzindəki bahalı Harrods ticarət mərkəzinin içərinsində ucaldılmış heykəl oradan götürüləcək.

Britaniya mətbuatının "şit" adlandırdığı bu bürünc abidədə Parisdə avtomobil qəzasında həlak olmuş bu iki nəfərin fiqurları öz əksini tapıb.

Londonun əsasən zənginlər yaşayan qərbindəki mağazanın içərisində bu heykəl 2005-ci ildə quraşdırılıb.

Heykəlin sifarişçisi o vaxtlar Harrods-un sahibi olan Məhəmməd əl-Fayed idi. Dodinin atası əl-Fayed bu mağazanı 2010-cu ildə 1, 5 milyard funt sterlinqə Qətərin dövlət investisiya fonduna satıb.

Mağazanın direktoru Michael Ward deyib ki, indi bu heykəli sahibinə qaytarmağın baxtı çatıb, çünki Diananın övladları - şahzadələr William və Harry analarına Kensington sarayında qoyulmaq üçün öz abidələrini sifariş ediblər.

"Biz hiss edirik ki, bu abidəni cənab Əl-Fayedə qaytarmağın vaxtıdır. Qoy adamlar şahzadə Diananın abidəsini onun öz sarayında ziyarət etsinlər" - deyib Ward.

Hələlik bu abidənin Harrods mağazasından nə vaxt çıxarılacağı və əl-Fayedin bu heykəli hara köçürəcəyi bəlli deyil.

Fayed ailəsinin sözçüsü "The Times" qəzetinə bildirib ki, ailə abidəni indiyədək saxladığı üçün Qətər fonduna minnətdardır və artıq "onları (yəni Diana və Dodini) evə gətirməyin vaxtıdır".

Bu heykəl açılanda cənab Fayed demişdi ki, bu abidə Diananın xatirəsinə Hyde Parkda açılmış fəvvarədən daha münasib töhfədir. Fayed Hyde Parkdakı fəvvarəni "kanalizasiyaya" bənzətmişdi.

Harrods-dakı abidədə Diananın əynində kənarı yarıqlı qısa don var, Dodi isə yaxası açıq köynək geyinib. Cüt Aralıq dənizinin dalğaları üstündə rəqs edən yerdə təsvir edilib. Başlarının üstündəki fırtına quşu azadlıq və əbədiyyəti əks etdirməli idi.

"Mən bu abidəyə Günahsız Qurbanlar adını ona görə vermişəm ki, 8 ildir oğlum Dodi və şahzadə Diananın qətlə yetirildiklərini isbat edə bilmirəm, - demişdi Fayed 2005-ci ildə - Bu abidə burada əbədilik qalacaq. Onlar şahzadənin xatirəsini yad etmək üçün heç nə etməyiblər. O bütün dünyaya sevinc gətirmiş ecazkar bir qadın idi".

Abidənin dizaynını elə mağazanın dizayner rəssamı Bill Mitchell vermişdi. O Fayed ailəsinə 40 il müddətində qulluq etmişdi.

Avstraliya qripi nədir və niyə qorxuludur?

Fotonun müəllifi Getty Images

Hazırda Birləşmiş Krallıqda tüğyan edən qrip virusu ştamlarından biri elmi adı ilə H3N2 kimi tanınır, amma el arasında ona "Aussi flu" və ya "Avstraliya qripi" deyirlər. Bu ona görə belədir ki, virusun bu ştammı Avstraliyada bir neçə dəfə ölümcül epidemiyalara səbəb olub.

Bu qış ərzində Birləşmiş Krallıqda 1600 nəfərin H3N2 virusuna tutulduğu qeydə alınıb.

Həkimlər hələki bu qripə yoluxmayanları həkimə gedib peyvənd olunmağa çağırırlar. Xəstəlik artıq insan ölümlərinə səbəb olmağa başalyıb.

Hazırda Avstraliyada 170 min insan bu qripə yoluxub. Bu, ötən il bütün qrip virusları üzrə olduğundan az qala 3 dəfə çoxdur.

Britaniya dövlət səhiyyəsinin məlumatına görə bu qış son 50 ildə ən pis qrip mövsümüdür.

Bu günlərdə Bethany Walker adlı 18 yaşlı qız bu qrip sətəlcəmə çevrildiyindən vəfat edib.

Onun ölümü ilə təkcə İngiltərədə qripdən ölənlərin sayı bir həftə ərzində 77 faiz artıb.

Avstraliya qripi nədir?

Bu qripin iki virus tipi var: A və B. Hazırda Britaniyanı bürüyən A tipidir. Amma ən qorxulusu da budur ki, A tipi H3N2 virusunun ən təhlükəli, ən aqressiv tipidir. Bu qripin simptomları da daha qəddardır.

Britaniyanın dövlət səhiyyə qurumu - NHS-in məlumatına görə qripin bu növü qəfil qızdırma ilə başlanır. Bədən temperaturu azı 38 dərəcəyə çatır. Bunun ardınca isə ishal, qarın ağrıları, ürək bulanması, qusma gəlir.

Sağalması nə qədər çəkir?

Qripin bu növü adətən 1-2 həftə ərzində çəkilib gedir. Ən əsası bu qripin fəsadlarından qorunmaq üçün müəyyən tədbirlərin görülməsidir.

Əgər döş nahiyəsində kəskin ağrılar, qan öskürməsi yoxdursa, bunları həkimsiz də etmək mümkündür.

Əgər qripin simptomları 7 gün ərzində çəkilib getməzsə, həkimə müraciət olunmalıdır. Bu xüsusilə də uşaqlara və yaşı 65-dən çox olanlara aiddir. Hamilə qadınlar da istisna deyil.

Tez sağalmaq üçün bəzi məsləhətlər:

  • Dincəlin və mümkün qədər yatın;
  • Özünüzü isti saxlayın;
  • Temperaturunuzu salmaq üçün paracetamol və ya ibuprofen qəbul edin. Bu dərmanlar həm də ağrıları kəsir;
  • Antobiotiklərdən istifadə etməyin. Köməyi yoxdur.
  • Dehidrasiyaya uğramamaq üçün çoxlu su için (Sidiyiniz ya açıq sarı, ya da şəffaf olmalıdır).

Deyildiyi kimi, bunlar kömək etməsə, həkimə müraciət edin.

Bu barədə daha geniş