Yanlış raket hücumu barədə həyəcan siqnalı ABŞ-ın Havay ştatında vahimə yaradıb

The missile-strike message Hawaiians saw on their phones was a false alarm Fotonun müəllifi Twitter
Image caption Havay sakinlərinin mobil telefonlarına göndərilmiş rəsmi mesajda əhaliyə "təcili olaraq sığınma yerləri axtarmaq" tövsiyə olunub.

ABŞ-ın Havay ştatında ballistik raket hücumu barədə verilmiş həyacan siqnalı, onun yanlış verildiyi müəyyən olunana qədər, yerli sakinləri təlaşa salıb.

Şənbə günü Havay sakinlərinin mobil telefonlarına göndərilmiş rəsmi mesajın mətni belə olub: "Havay istiqamətində yaxınlaşan ballistik raket təhlükəsi. Təcili olaraq sığınacaq axtarın. Bu, təlim-məşq deyil".

Ştatın qubernatoru David Ige yanlış siqnalın verilməsinə görə üzr istəyərək, hadisəyə səbəb, işçinin səhv düyməni basması olub.

Nəticədə adadakı sakinlərin mobil telefonlarına ballistik raket hücumu barədə xəbərdarlıq göndərilib.

Səhvin baş verdiyi email vasitəsilə 18 dəqiqədən sonra, mobil telefon mesajlaşması vasitəsilə isə 38 dəqiqədən sonra bildirilib.

Lakin ilkin həyavan siqnalından təsirlənmiş və təlaş içində olan insanların çoxu mümkün hücumdan qorunmaq üçün təcili olaraq sığınacaq axtarmaqda davam edib.

ABŞ höküməti hadisənin ətraflı araşdırılacağını bildirib.

Şimali Koreya raketlərinin uçuş dairəsi Havay adalarını əhatə etdiyindən, ABŞ-ın bu ştatında əhalini mümkün ballistik raket hücumundan xəbərdar edən həyəcan siqnalı ötürən sistem mövcuddur.

Dekabr ayında Havay ştatında Soyuq Müharibə dövrü bitəndən bəri ilk dəfə olaraq, nüvə hücumu təhlükəsindən xəbər verən həyəcan təbili (sirena sistemi) sınaqdan keçirilib.

Şənbə günü verilmiş həyacan mesajı isə sakinlərə mobil telefonlar vasitəsilə mətn formatında göndərilib. Həmin təcili xəbər eləcə də televiziya və radio vasitəsilə də yayımlanıb.

Bu barədə daha geniş