Suriyalı qaçqın oğlanın fotosu Türkiyəni kövrəltdi

Mohammet Hussein staring through the window of a gym in Turkey Fotonun müəllifi Omer Yavuz

Yanvar ayında fitnes üçün idman zalına qayıtmağı çoxları artıq adətə çevirib.

Lakin bu fotoda əks olan suriyalı qaçqın oğlan üçün həsədlə bayırdan baxdığı idman zalına giriş bundan sonra daimi və pulsuz olacaq.

Bu imkanı, həmin suriyalı oğlan, məhz kadra düşdüyü fotoşəkil sayəsində qazanıb.

Türkiyənin Adıyaman şəhərində lentə alınmış fotoda 12 yaşlı Məhəməd Hüseyn küçədən "Olimpiyat" idman zalında məşq edənlərə baxır.

Oğlanın çiynindən asılmış ayaqqabı boyadıcısının sandıqlı kətili və qışın ortasında ayağındakı səndəl sosial media istifadəçilərini kövrəldib.

Şəkli çəkən Omer Yavuz deyib ki, bu fotonu paylaşmaqla o, diqqəti oğlanın hansı vəziyyətdə olduğuna çəkmək istəyib.

"İstəyirdim insanlar Məhəmmədin soyuqda səndəldə gəzdiyini görsün. Həmin gecə gözümə yuxu getmədi, elə hey oğlanın taleyi barədə düşünürdüm", - Omer Yavuz BBC-yə deyib.

İdman zalının sahiblərindən biri olan Mustafa Kucukkaya fotonu Instagram-da dərc edərək, həmkarlarının bu şəkildən "çox duyğulandığını" bildirərək, insanlardan həmin oğlanı tapmağı xahiş ediblər.

O bildirib ki, şəkildəki suriyalı oğlan üçün onun idman salonuna giriş ömürlük pulsuz olacaq.

Sonradan Kucukkaya Məhəmmədlə salon əməkdaşlarının kollektiv fotosunu da paylaşıb.

Məhəmmədin tapılması və onun həmin zalda idmanla məşğul olması sosial media istifadəçilərinin sevincinə səbəb olub.

İdman zalının digər həmsahibi ilə Məhəmmədin fotosunu paylaşan istifadəçi isə Türkiyənin və onun insanların gözəl olduğunu qeyd edib.

İstifadəçilərin şərhlərinin çoxunda suriyalı qaçqın oğlana mərhəmət göstərilməsi alqışlanıb.

Suriyada müharibə başlanandan bəri Türkiyə, milyonlarla suriyalı qaçqını qəbyul edib.

Sözügedən idman zalının yerləşdiyi Adıyaman şəhərinin kənarında qurulmuş Adıyaman Qaçqın düşərgəsində hazırda 10,000-dək Suriyadan gəlmiş qaçqın yaşayır.

Türkiyənin Hürriyət qəzetinə danışan Məhəmməd isə, zalda idmanla məşğul olmaq imkanını qazandığından və idman zalı əməkdaşlarının ona məşqlərində kömək etdiklərindən çox razı qaldığını bildirib.

Bu barədə daha geniş