Kimdir? Nədir? Suriya

Map of Syria

Bir vaxtlar İslam xilafətinin mərkəzi olmuş Suriyanın yerləşdiyi ərazi əsrlər boyu hücumlara və işğala məruz qalıb.

Bu ərazi romalılar və monqollardan tutmuş xaçpərəstlər və türklərə qədər hər kəs tərəfindən zəbt olunub.

Suriya münbit düzənliklər, hündür dağlar və səhralar ölkəsidir.

Suriyada müxtəlif etnik və dini qrupların təmsilçiləri yaşayır, o cümlədən, kürdlər, ermənilər, assuriyalılar, xristianlar, druzlar, ələvilər və sünnilər.

Ərəb sünniləri ölkənin müsəlman əhalisi arasında çoxluq təşkil edir.

Müasir Suriya müstəqilliyini 1946-cı ildə Fransadan qazanıb, lakin maraqları bir-birilə toqquşan qruplar arasında münaqişələrə görə ölkədə siyasi sabitsizlik dövrləri yaşanıb.

2011-ci ildən başlayaraq, ölkədə uzun illər əsasən ələvilərdən ibarət elit təbəqənin əlində olmuş hakimiyyətə qarşı çıxılıb. Acı vətəndaş münaqişəsi ilk olaraq Ərəb baharından təkan alıb, lakin sonradan regional və beynəlxalq oyunçuların, dövlətlərin qarışdığı mürəkkəb müharibəyə çevrilib.

LİDERLƏR

Prezident: Bəşərəl-Əsad

Fotonun müəllifi Getty Images

2000-ci ildə hakimiyyət ona atasından keçdiyi zamandan Bəşər əl-Əsəd iş başındadır və onun hakimiyyətinə qarşı etirazlar tammiqyaslı müharibəyə çevrildikdən sonra ölkə üzərində nəzarəti əlində saxlamaq uğrunda mübarizə aparırır.

Suriyanın sərt nəzarət edilən, repressiv siyasi strukturu uzun dövr ərzində ölkəyə rəhbərlik etmiş diktator Hafiz əs-Əsəd dövründə formalaşıb.

2011-ci ildən başlayaraq həmin struktur Şimali Afrika və yaxın Şərqi bürümüş "Ərəb Baharı" nəticəsində çat verməyə başlayıb.

MEDIA

Fotonun müəllifi Getty Images

Suriya üsyanı media mühitini parçalanmış vəziyyətə salıb. Media hökümətin, özünü İslam Dövləti (İD) adlandıran qrupun döyüşçüləri və digər silahlı qrupların nəzarət etdiyi ərazilər arasında parçalanıb.

Üsyanın başladığı 2011-ci ildən bəri onlarla jurnalist və jurnalist kimi şahidi olduqları hadisələri təsvir edən, bu barədə məlunmatlar yayan vətəndaşlar öldürülüb.

2014-cü ildə Suriya jurnalistlərin ən çox sayda öldüyü ölkə olub, Sərhədsiz reportyorlar təşkilatı bildirib.

İD cihadçıları onların nəzarət etdikləri ərazilərdə "informasiya diktaturası rejimini" tətbiq ediblər.

XRONOLOGİYA

Suriya üçün mühüm tarixlərin xronologiyası:

Fotonun müəllifi Getty Images
Image caption Suriyanın Osmanlı valisi Camal Paşa Dəməşqi arabada gəzərkən - 1917-ci il.

1918 oktyabr - Britaniya qüvvələri tərəfindən dəstəklənən Əmir Feysal başda olmaqla ərəb qoşunları Dəməşqi tutur, bununla da Osmanlı İmperiyasının 400 illik hökmranlığı sona çatır.

1920 - Yenicə yaradılmış Ərəb krallığı, San Remo konfransında Suriya-Livanın Fransanın idarəsinə, Fələstinin isə Britaniya nəzarətinə verilməsi ilə parçalanır.

1946 - Müstəqillik.

1958-61 - Birləşmiş Ərəb Respublikası adı altında Suriyanın Misirlə cəmi 3 il çəkmiş ittifaqı.

1967 - İsraillə 6 günlük müharibə Misir, İordaniya və Suriya üçün məğlubiyyətlə başa çatır. İsrail Qolan təpələrini ələ keçirir.

1970 - Hafiz əl-Əsəd çevriiliş nəticəsində hakimiyyətə gəlir. Onun hakimiyyəti dövründə repressiyalar baş verir, ordu quruculuğu gücləndirilir.

1973 - Misir və Suriya 1967-ci ilin məğlubiyyətinin nəticələrini aradan qaldırmaq məqsədilə oktyabr ayında İsrailə qarşı gözlənilməz hücum həyata keçirir.

1976 - Suriya Livanda gedən vətəndaş müharibəsinə qarışır. Növbəti 30 il ərzində Syria Livanda hərbi mövcudiyyətini davam etdirir və Livanın daxili siyasi həyatına təsirini xeyli artırır.

1982 - Müsəlman Qardaşlığı təşkilatı Hama şəhərində üsyan qaldırır. Üsyan ordu tərəfindən yatızdırılır, hərbçilər tərəfindən on minlərlə mülki vətəndaş öldürülür.

2000 - Prezident Əsəd vəfat edir, onun yerinə oğlu Bəşər keçir.

2005 - Suriya beynəlxalq təzyiq altında hərbi qüvvələrini Livandan çıxarır. Suriyaya qarşı beynəlxalq təzyiqə təkan verən Livanın baş naziri Rafiq əl-Həririnin qətlə yetirilməsi olur .

2011 - "Ərəb Baharı" ölkədə üsyana təkan verir. Hökümətlə müxalifət arasında qarşıdurma qısa bir zamanda vətəndaş müharibəsinə qədər böyüyür, bu müharibəyə dünyanın aparıcı dövlətləri qarışır, müharibə nəticəsində qaçqın böhranı yaranır.

Fotonun müəllifi Getty Images
Image caption Suriyada gedən vətəndaş müharibəsi nəticəsində ən böyük dağıntılara Hələb şəhəri məruz qalıb.