Kabil mehmanxasına silahlı hücumda azı 6 mülki həlak olub, rəsmilər bildirib

Mehmanxanaya hücum başladıqdan sonra binadan 8 saat ərzində atışma səsləri gəlib. Fotonun müəllifi Reuters
Image caption Mehmanxanaya hücum başladıqdan sonra binadan 8 saat ərzində atışma səsləri gəlib.

Hadisənin şahidi BBC-ə bildirib ki, Əfqanıstan paytaxtı Kabilin aparıcı mehmanxanalarından birinin restoranına şənbə günü silahlı basqın edən şəxslər xariciləri axtarıb.

Təhlükəsizliyini təmin etmək üçünə adı çəkilməyən şəxsin bildirdiyinə görə, o, əfqan olduğunu bildirdikdən sonra silahlı basqınçılar onu sağ buraxıb.

Rəsmilərin sözlərinə görə, Intercontinental Hotel mehmanxanasının 12 saat davam edən mühasirəsi azı 6 mülkinin ölümü ilə nəticələnib.

Daxili İşlər naziri bildirib ki, bu obyektin təhlükəsizliyinin özəl şirkətə həvalə edilməsi qərarı səhv olub.

Binaya nəzarəti bərpa etmək uğrunda Əfqanıstan təhlükəsizlik qüvvələri bütün gecə döyüş apararaq 160-dək insanı xilas edib.

Əfqanıstanın Tolo xəbər agentliyi bildirib ki, ölənlərin sayı rəsmilərin açıqladığı rəqəmdən daha çox ola bilər.

Agentlik mehmanxana həyətində onlarla insan cəsədi gördüyünü deyən müxbirinin sözlərini iqtibas gətirib.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Qonaqlar mələfəni eyvan məhəccərinə bağlayaraq, xilas olunmaq üçün aşağı mərtəbəyə düşür.

Əlaqəli mövzular

Bu barədə daha geniş