İİV epidemiyası Latın Amerikasında aborigen xalqın nəslini kəsə bilər

İİV epidemiyası getdikcə, daha geniş əraziyə yayılır. Fotonun müəllifi Jacobus de Waard
Image caption İİV epidemiyası getdikcə, daha geniş əraziyə yayılır.

Cənubi Amerikada yaşayan varao etnik qrupuna mənsub bir icmada artıq kişi qalmayıb. Onların hamısı ölüb, sağ qalan qadınlardan isə hamı kənar durmağa çalışır. Onlarla heç kim evlənmək istəmir.

Onlar düşünür ki, onlara cadu edilib, lakin baş verənlərin dəqiq elmi izahatı var.

Venesuelada, Orinoko çayının üst hissəsində yaşayan bu qəbilənin kişiləri QİÇS xəstəliyindən ölüblər.

Hollandiyalı həkim, doktor Jacobus de Waard, varao icması üzvlərini 1993-cü ildən müalicə edir.

"Bəzi icmalarda İİV-in yayılması 10 faiz təşkil edir. Lakin elə kiçik icmalar da var ki, orada 16-dan 23-dək yaşında kişilərin hamısında İİV aşkar edilib", - həkim deyir.

Fotonun müəllifi Getty Images
Image caption Varao qəbiləsinin həyatında Orinoko çayı əhəmiyyətli rol oynayır.

Bəziləri üçün bu faiz kiçik görünə bilər, lakin, əslində, vəziyyət kritikdir.

Venesuelanın qalan hissəsində virusun yayılması, bu xəstəliyin inkişafına nəzarət edən BMT-nin UNAIDS agentlyinin məlumatına görə, 0,6 faiz təşkil edir.

Yerli icma üzvləri arasında virusun yayılması faizinin ölkə üzrə İİV-nin yayılması faizindən yüksək olması epidemiyan halı kimi qiymətləndirilir.

Varao xalqının sayı 2011-ci ildə tutulmuş siyahıyaalınma nəticələrinə görə, 50000-dən azdır, bu səbəbdən də icmada İİV ilə bağlı hazır kı durumu ekspertlər kritik sayır.

"Bu hal Afrikada sürətlə yayılmış epidemiyanın ilk mərhələsini xatırladır", - Venesuela Elmi Araşdırmalar İnstitutunun Molekulyar Virusologiya Laboratoriyasının direktoru Flor Pujol deyir.

Onun sözlərinə görə, varao icmasının İİV-ə tutulmasını elmi nöqteyi-nəzərdən"nadir bir hal" saymaq daha doğru olardı.

"Çünki Latın Amerikasının köklü xalqlarında "idxal" olunmuş İİV-ə tutulma halları indiyədək qeydə alınmamışdı", - Flor Pujol deyir.

Fotonun müəllifi Getty Images
Image caption İcma üzvlərinin sayı 50,000-dən aşağıdır.

Gözlənilməz ölümhalları

Varao icmasında aşkar edilmiş İİV-in öz xüsusiyyətləri də var: virus tez bir zamanda QİÇS-ə çevrilir və xəstənin ölümü ilə nəticələnir.

"İİV infeksiyalarının əksəriyyəti R5 kimi başlayır, sonra virus tədricən X4 növünə çevrilir, bu növ çox aqressiv olur. Beləliklə, varao icmasında immun çatışmazlığı vəziyyəti daha sürətlə yaranır", - aparılan tədqiqatların iştirakçılarından biri, bioloq Hector Rangel qeyd edir.

Onun sözlərinə görə, varao icmasının 90 faizində İİV-nin X4 növü aşkar edilib, bu isə nə Latın Amerikası, nə də ki, dünyanın qalan hissəsində müşahidə edilən hala bənzəmir.

Jacobus de Waard-ın qeyd etdiyinə görə, İİV-ə tutulmuş icma üzvləri 2 ildən çox yaşamır.

Digər tərəfdən, varao icmasında aşkar edilmiş virus ştammları Venesuelanın qalan hissəsində yaşayan əhalidə aşkar olunmuş virusdan fərqlənir.

"Bu növ virus nə Karib adalarında, nə də Qayanada aşkar olunmayıb. Bizə məlumdur ki, epidemiya Orinoko çayı deltasında, Guayo icmasında başlayıb, lakin virusun mənşəyi barədə məlumat yoxdur.

Ola bilsin ki, virus Filippindən gəlib buralara çıxıb, lakin buna əmin deyilik. Çay boyu xeyli sayda qayıq hərəkət hərəkət edir. Ola bilsin ki, virus bu yolla gəlib", - De Waard deyir.

Transgenderlər amili

Epidemiyanın daha bir fərqli cəhəti qeyri-proporsional dərəcədə kişilərin bu virusa tutulmasıdır.

"Bəzi icmalarda kişilərin 35 faizə qədəri bu infeksiyaya tutulub, lakin qadınlar arasında virusa tutulanlar cəmi 2 faizdir", - Pujol deyir.

Bu qeyri-mütənasibsizliyin səbəblərindən biri də Varao mədəniyyətində homoseksuallıq və biseksuallıqla əlaqəli ola bilər, məsələni araşdıran alimlər qeyd edir.

Fotonun müəllifi Photo: Сourtesy of Jacobus de Waard
Image caption Varao icmasında virusa əsasən gənc yaşında olan kişilər tutulur.

Varao qəbiləsinin bəzi qruplarında, özünü qadın sayan bioloji kişi transgenderlərin icmanın kişiləri ilə seksual əlaqədə olması adi hal sayılır.

Bəzi antropoloqlar hesab edir ki, həmin transgenderlər yaşadıqları kişilərin "ikinci arvadı" sayılır.

Vəziyyəti ağırlaşdıran digər bir amil isə icmada vərəm xəstəliyinin geniş yayılmasıdır.

Vərəm isə icma üzvlərinin İİV-ə müqavimətini zəiflədir.

Hər iki virusa eyni vaxtda tutulan insanın vəziyyəti isə daha sürətlə ağırlaşmağa başlayır.

Hərtərəfli böhran

Dərman çatışmazlığı İİV epidemiyasının davam etməsinin daha bir səbəbidir.

Venesuelada səhiyyə sisteminin vəziyyəti son bir neçə ildir ki, böhran keçirir, nəticədə, dərman çatışmazlığı mütəmadi hala çevrilib.

Fotonun müəllifi Getty Images
Image caption Orinoko çayı ilə Varao icmasının yaşadığı əraziyə gedib çıxmaq - heç də asan iş deyil.

"Hazırda İİV-ə əleyhinə olan 24 dərman növü çatışmır, daha 20 dərman növünün təmin edilməsi ilə bağlı isə problemlər var", - Venesuelada UNAIDS şöbəsinin direktoru Regina López deyir.

Onun sözlərinə görə, Varao icmasında İİV əleyhinə mübarizə kampaniyası maarifləndirmə, icmaya həkim nəzarətinin gücləndirilməsi kimi tədbirləri nəzərdə tutur.

"Bu plan 2 il bundan əvvəl tətbiq olunmağa başlansaydı, İİV-ə yoluxanların sayı indi, bəlkə də, daha az olardı. Lakin İİV əleyhinə dərmanlar olmadan, müalicəyə başlamaq mümkün deyil.

Dərmanların nə vaxt çatdırılacağını bilmirik", - Regina López deyir.

Fakt isə budur ki, müvafiq müalicə kursu keçirildiyi təqdirdə, infeksiyaya yoluxmaq riski minimal olur - 1 faizdən də az.

Fotonun müəllifi Photo: Сourtesy of Jacobus de Waard
Image caption İİV əleyhinə dərman çatışmazlığı şəraitində digər çıxış yolları axtarılır. Misal üçün, ORAQUICK şirkətinin istehsal etdiyi avadanlıq və metodologiya pasiyentin tüpürcək nümunəsi əsasında, qan analizi etmədən, İİV-nin olub olmamasını aşkar etməyi mümkün edir.

Dünyanın o başına gedib çıxmaq

Daha bir ağırlaşdırıcı amil Varao icmasının yaşadığı ərazinin ucqarlığıdır.

Ora çatmaq üçün, motorlu qayıqda 8 saat hərəkət etmək lazımdır.

Bundan əvvəl isə, Orinoko çayı deltasında yerləşən bölgənin paytaxtı sayılan Delta Amakuro şəhərinə hələ çatmaq lazımdır.

Onların yaşadığı yer Karakas şəhərindən 700 km aralıdadır.

Fotonun müəllifi Photo: Сourtesy of Jacobus de Waard
Image caption Epidemiyanın qarşısını almaq üçün müalicənin dərmanlarla aparılması vacibdir.

"Bizim, epidemiyanın genişləndiyindən xəbərimiz var, lakin onun hansı miqyas almasından xəbərsizik. Xəstəlikdən ölənlərin sayı barədə məlumatımız yoxdur. Lakin son səfərlərdən biri zamanı İİV-ə tutulanların artıq yarısının öldüyünü aşkar etdik, - doktor De Waard deyir. - Qəbilənin gələcəyi təhlükə altındadır. Onların sayı sürətlə azalır, icmanın yoxa çıxmaq təhlükəsi var".

Bu barədə daha geniş