Aİ məhkəməsi: Siğınacaq istəyənlərə "gey test"ləri keçirilməməlidir

İnsanın gey olub-olmadığını müəyyən edən testlər ziddiyyət doğurur Fotonun müəllifi Getty Images
Image caption İnsanın gey olub-olmadığını müəyyən edən testlər ziddiyyət doğurur

Avropa İttifaqının (Aİ) ən üst məhkəmə instansiyasının qərarına görə sığınacaq üçün müraciət edənlərə onların homoseksual olub-olmadığını müəyyənləşdirən testlər tətbiq olunmamalıdır.

İnsanın seksual oriyentasiyasını müəyyənləşdirmək üçün psixoloji testlər sığınacaq barədə ərizələr dəyərləndirərkən istifadə olunur.

Avropa Ədalət Məhkəməsi (ECJ) hökmünün icrası 28 üzv ölkədə məcburidir.



Məhkəmənin son qərarı 2015-ci ildə Macarıstanda sığınacağa müraciət etmiş nigeriyalı şəxsin işi ilə bağlıdır. O, gey olduğu üçün gəldiyi ölkəsində təqiblərdən qorxduğu demişdir.

Yüzlərlə Afrika, Yaxın Şərq və Çeçenistan mənşəli gey şəxslər vətənlərində təqiblərdən ehtiyatlanaraq sığınacaq üçün Aİ-ə üz tutub, təməl insan hüquqları üzrə Aİ qurumu bildirir.

Bu barədə daha geniş