Tbilisi metrosu: Stansiyada tavan çöküb, xəsarət alanlar var

Tbilisi, qəza, metro Fotonun müəllifi liberali.ge
Image caption Tblisi metrosu: Stansiyada tavan çöküb, xəsarət alanlar var

Gürcüstanın paytaxtı Tbilisidə "Varketeli" metro stansiyasının tavanının çökməsindən 7 nəfər xəsarət alıb.

Bu barədə Gürcüstanın "Liberali" nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib və ərazi polis tərəfindən nəzarətə götürülüb.

Metro stansiyası sərnişinlərin istifadəsinə bağlanıb və ərazidə xilasetmə xidməti işini davam etdirir.

Bu barədə daha geniş