Hindistanda 8 aylıq körpə qız zorlanıb

Hindistanda zorlama və cinsi zorakılıq hallarına qarşı qəzəb artır. Fotonun müəllifi Getty Images
Image caption Hindistanda zorlama və cinsi zorakılıq hallarına qarşı qəzəb artır.

Hindistan paytaxtı Dehlidə 8 aylıq körpə qız, iddialara görə, əmisi oğlu tərəfindən zorlanıb.

Məlumatlara görə, körpə qızın vəziyyəti kritikdir və xəstəxanadadır. O buraya bazar günü gətirilib.

Polis mediaya bildirib ki, zorlamada təqsirləndirilən 28 yaşlı kişini həbs ediblər. Onun fəhlə işlədiyi bildirilir.

Dehli Qadınlar komissiyasının rəhbəri Swati Maliwal bazar ertəsi körpəni ziyarət edib və onun zədələrini "dəhşətli" adlandırıb.

Hindu kraliçası haqqında filmin premyerası Hindistanda iğtişaşlara səbəb olub

Uşağın doğduğu körpənin atası dayısı deyil - DNT testi

Hindistan: 10 yaşlı təcavüz qurbanı abort etdirmək üçün icazə istəyir

Hadisə bazar günü baş verib, amma yerli media bu barədə bazar ertəsi xəbər verdikdən sonra ictimaiyyətə məlum olub.

Swati Maliwal Twitter-də yazıb ki, qızcığaz üç saatlıq əməliyyat keçməli olub:

"Xəstəxananın reanimasiya şöbəsində onun ürəkparçalayıcı iniltiləri eşidilirdi. Daxili orqanlarında dəhşətli zədələr var".

O, qəzəbini daha bir tvitdə ifadə edib:

"Nə etməli? 8 aylıq körpə qəddarlıqla zorlandığı bir vaxtda Dehli bu gün necə sakit yata bilər? Bizim doğrudanmı dərimiz bu qədər qalınlaşıb, yoxsa bunu sadəcə artıq taleyimiz olaraq qəbul etmişik?"

O, Twitter-də Baş Nazir Narendra Modiyə birbaşa müracət də ünvanlayaraq yazıb ki, ölkədə qız uşaqlarını qorumaq üçün daha ciddi qanunlara və polis resurslarına ehtiyac var.

2012-ci ildə Dehlidə, avtobusda 23 yaşlı tələbə qızın bir qrup kişi tərəfindən zorlanaraq öldürülməsindən sonra Hindistanda cinsi təcavüzlə bağlı tədbirlər görülüməsinə çağırışlar artıb.

Ancaq ölkə boyunca qadınlara və uşaqlara qarşı cinsi təcavüz hallarına dair məlumatlar artmaqdadır.

Dehlidən BBC müxbiri Geeta Pandey xəbər verir ki, belə cinayətlər yayğındır və onların sayı sürətlə artmaqdadır.

Milli Cinayətlər Bürosunun verdiyi məlumata görə, 2016-cı ildə uşaqların zorlanması halları Hindistanda 2015-ci ilə nisbətən 82 faiz artıb.

Bir neçə il əvvəl 11 aylıq körpə anasının yanında yatarkən qonşusu onu oğurlamış və iki saat ərzində qəddarlıqla zorlamışdı. Hindistan paytaxtı Dehlidə 8 aylıq körpə qız, iddialara görə, əmisi oğlu tərəfindən zorlanıb.

Bu barədə daha geniş